Hansı hallarda əmtəə-nəqliyyat qaiməsi təsdiqlənsə də qarşı tərəfə göndərilmir?
Satış davam edən "Vergi uçotu: A-dan Z-yə" (VIII nəşr) kitabından seçmə
Mümkündür ki, vergi ödəyicisi elektron əmtəə-nəqliyyat qaiməsi təsdiq etsin, amma qarşı tərəfə göndərilməsinə ehtiyac olmasın. Bu cür hallara aşağıdakılar aid edilir:
- pərakəndə qaydada son istehlakçıya təqdim edilmiş malların daşınması;
Misal üçün, mebel istehsalı ilə məşğul olan vergi ödəyicisi malları alan şəxs olan vətəndaşın evinə aparır.
- pərakəndə qaydada təqdim edilmiş son istehlakçıdan qaytarılan malların daşınması;
Mümkündür ki, misalda qeydiyimiz şəxs mebelleri geri qaytarsın, bu zaman da mebel istehsalçısı elektron əmtəə-nəqliyyat qaiməsini təsdiqləsə də, qarşı tərəfə göndərmir.
- Ümumi istifadədə olan avtomobil yollarına çıxmaqla malların təsərrüfatdaxili daşınması;
Vergi ödəyicisi Binəqədi rayonunda olan anbardan məhsulları Nizami rayonundakı obyektə göndərirsə, bu zaman sənədin sadəcə təsdiqlənməsi lazımdır.
- idxal edilmiş və ya ixrac olunan malların ölkədaxili daşınması;
Vergi ödəyicisi malları Turkiyəyə ixrac edir və ya Türkiyədən mallar alır. Bu zaman həmin malların ölkədaxili daşınması üçün elektron əmtəə-nəqliyyat qaiməsi təsdiq edilir, qarşı tərəf qeyri-rezident olduğu üçün göndərilməsinə ehtiyac yaranmır.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]
Satışı davam edənlər:
1. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu
2. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (III nəşr)
3. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024
4. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)
5. ƏMAS Platforması - 2024 (II nəşr)
6. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
7. Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə)
8. Vergi uçotu A-dan-Z-yə - VIII nəşr
Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:
1. Əmək Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 2024 (YENİ)
2. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
3. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
4. Vergi Platforması - I nəşr
0 Komment
Şərh yazın