Elekron əmtəə-nəqliyyat qaiməsinin tərtibi zamanı nələrə diqqət yetirmək lazımdır? 

Elekron əmtəə-nəqliyyat qaiməsinin tərtibi zamanı nələrə diqqət yetirmək lazımdır? 

Satışı davam edən "Vergi uçotu: A-dan Z-yə" (VIII nəşr) kitabından seçmə


Nazirlər Kabinetinin 4 oktyabr 2023-cü il tarixli, 355 nömrəli Qərarı ilə “Elektron əmtəə-nəqliyyat qaiməsinin forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın və “Yük avtonəqliyyatı üçün elektron yol vərəqinin forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın tələblərini nəzərdən keçirək. Qaydalara əsasən, həm elektron əmtəə-nəqliyyat qaiməsi, həm də yük avtonəqliyyatı üçün elektron yol vərəqi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “AYNA” informasiya sistemində hazırlanır.  
Qeyd edək 1 mart 2024-cü il tarixdən əmtəə-nəqliyyat qaiməsinin və yol vərəqinin elektron qaydada tərtib edilməsi ilə bağlı elektron xidmət istifadəyə verilib. Xidmətdən istifadə etmək üçün https://e-xidmet.ayna.gov.az/ portalına daxil olaraq, elektron əmtəə-nəqliyyat qaiməsi bölməsini seçmək lazımdır. 

Yaxın zamanlarda dərc olunacaq “Elektron vergi platforması”nda həmin sənəd haqqında geniş məlumat veriləcəyindən, bu nəşrimizdə təkrarçılığıa yol vermirik. Amma yeni olduğu üçün bəzi məqamlara aydınlıq gətirək.
Birinci məqam elektron əmtəə-nəqliyyat qaiməsinin kimlər tərəfindən göndərilməsidir. Bəzi həmkarlar hesab edirlər ki, elektron sənəd ƏDV və ya mənfəət (gəlir) vergisi ödəyicisi tərəfindən göndərilməlidir. Qaydalara əsasən, vergi mükəlləfiyyətindən asılı olmayaraq avtomobil nəqliyyatı ilə əmtəə təyinatlı yüklərin ölkədaxili daşınması zamanı yük daşıma müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa, yükgöndərən tərəfindən tərtib edilməklə rəsmiləşdirilən sənəddir. Yəni sadələşdirilmiş, ƏDV və ya mənfəət (gəlir) vergisi ödəyicisi olmasından asılı olmarayaraq elektron əmtəə-nəqliyyat qaiməsi təqdim edilməlidir.
İkinci məqam isə, elektron əmtəə-nəqliyyat qaiməsi ilə yük avtonəqliyyatı üçün elektron yol vərəqisinin fərqli cəhətləridir. Avtomobil nəqliyyatı ilə əmtəə təyinatlı yüklərin daşınması elektron əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilməlidir. Qanunvericiliyə əsasən, avtomobil nəqliyyatı dedikdə, avtonəqliyyat vasitələrindən və avtomobil nəqliyyatının infrastruktur obyektlərindən istifadə edilməklə, sərnişin və yük daşımalarının yerinə yetirildiyi nəqliyyat növü başa düşülür. Açıqlamasından göründüyü kimi, gəmi və ya qatarla bağlı daşınan yüklər üçün elektron əmtəə-nəqliyyat qaiməsinin tərtibi nəzərdə tutulmayıb. Həmçinin, sənədin tərtibi  yükgöndərən və ya yükalan tərəfindən həyata keçirilib.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
3. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
4. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
5. ƏMAS Platforması - 2024 (II nəşr)
6. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
7.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
8.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Əmək Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 2024 (YENİ)
2. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
3. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
4.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər