PMS Sertifikatı II mərhələ imtahanlarının 10 ballıq tapşırıqlarda ƏDV tutulan əməliyyatın vaxtının müəyyən edilməsi

PMS Sertifikatı II mərhələ imtahanlarının 10 ballıq tapşırıqlarda ƏDV tutulan əməliyyatın vaxtının müəyyən edilməsi

Satışı davam edən "PMS Sertifikatı (II) Mərhələ - III nəşr" kitabından seçmə

İndi isə ƏDV ilə bağlı vergi tutulan əməliyyatın vaxtının müəyyən edilməsinə aydınlıq gətirək. Vergi Məcəlləsinin “Vergi tutulan əməliyyatların aparıldığı vaxt” adlı 166-cı maddəsi ilə vergi tutulan əməliyyatın vaxtı müəyyən edilib. ƏDV ilə bağlı misallarımızda vergi tutulan əməliyyatın vaxtı ilə bağlı kifayət qədər məlumat verilsə də, bəzi məqamları həmkarlarımızın diqqətinə çatdırmaq istəyirik. Vergi tutulan əməliyyatlar zamanı əksər hallarda “kassa” metodu tətbiq edilir. Misal üçün, vergi ödəyicisi fevral ayında malı təqdim edib və elektron qaimə-fakturanı da həmin ayda göndərib. Amma qarşı tərəf ödənişi mart ayında həyata keçirib. Bu zaman vergi tutulan əməliyyatın vaxtı malların təqdim olunduğu dövr (fevral ayı) yox, ödənişin həyata keçirildiyi vaxt (mart ayı) sayılacaq.
Bir məsələni vurğulayaq ki, 1 yanvar 2024-cü il tarixdən Vergi Məcəlləsində edilən dəyişikliyə əsasən, ƏDV məbləğinin ödənilməsinin Vergi Məcəlləsinin 166-cı maddəsinin tələbləri üçün ödəmə kimi qəbul edilməsinə qərar verilib. Beləliklə, Vergi Məcəlləsinin 166.7-ci maddəsinə əsasən, bu maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin və ya ƏDV məbləğinin ödənilməsi nəzərdə tutulur. Misal üçün, ƏDV ödəyicisi 2024-cü ilin yanvar ayında vergi ödəyicisi qarşı tərəfə 1 000 manat (ƏDV-siz) məbləğində mal təqdim edib. Qarşı tərəf yanvar ayında 180 manat ƏDV məbləğinin, fevral ayında isə malların 1 000 manatlıq əsas dəyərinin ödənişini həyata keçirib. Vergi Məcəlləsində edilən dəyişikliyə əsasən, vergi tutulan əməliyyatın vaxtı kimi fevral ayı yox, ƏDV məbləğinin daxil olduğu dövr, yəni yanvar ayı əsas götürüləcək. Yeni dəyişikliyin tam aydın olması üçün bir misala da baxaq. ƏDV ödəyicisi 3 000 manat (ƏDV-siz) məbləğində xidməti 2024-cü ilin fevral ayında göstərib. Qarşı tərəf fevral ayında 2 000 manat məbləğində xidmətin dəyərini və 540 manat məbləğində ƏDV məbləğini ödəyib. Bu zaman ən yüksək olan ƏDV məbləği üzrə dövriyyə əsas götürüldüyü üçün ƏDV bəyannaməsində 3 000 manat qeyd ediləcək.
1 yanvar 2024-cü il tarixdən Vergi Məcəlləsinin 166-cı maddəsində edilən digər dəyişiklik nəzarət-kassa aparatı ilə bağlıdır. Məcəlləyə əlavə edilən 166.1.1-1-ci maddəyə əsasən, bu Məcəllənin 16.1.8-ci maddəsində göstərilən, nəzarət-kassa aparatı tətbiq edilməli olan fəaliyyət növləri üzrə ödənişlə (nağd və ya nağdsız) bağlı nəzarət-kassa aparatı çekinin vurulduğu tarix vergi tutulan əməliyyatın vaxtı hesab edilir. Dəyişikliyə səbəb POS-terminal ödənişləri üzrə ödənişin növbəti aya keçməsinin tənzimlənməsidir. Misal üçün, ƏDV ödəyicisi 31 oktyabr 2023-cü il tarixində 300 manatllq mal satır və qarşı tərəf POS-terminal vasitəsilə ödəniş həyata keçirir. POS-terminal vasitəsilə ödəniş 1 noyabr 2023-cü il tarixdə həyata keçirildiyi halda vergi ödəyicisinin ƏDV bəyannaməsində həmin əməliyyatı oktyabr, yoxsa noyabr ayında əks etdirməsi mübahisə yaratmaqla yanaşı, kameral uyğunsuzluğa da səbəb olurdu. Vergi Məcəlləsinə əlavə edilən 166.1.1-1-ci maddədə artıq konrket olaraq qeyd edilir ki, nəzarət-kassa aparatı çekinin vurulduğu tarix vergi tutulan əməliyyatın vaxtı hesab ediləcək.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - SATIŞI BİTİB (iyun ayında yeni nəşr olacaq)

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - Satışı bitib

3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

4. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

5. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

6. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - Satışı davam edir

7. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  - Satışı davam edir

8. ƏMAS Platforması - 2024 (II nəşr) - 27 may tarixindən SATIŞDA

9. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - iyunayından satışda

10. Əmək Bələdçisi - 2024 - sentyabr ayından satışda

11.  Vergi Platforması - 2024 - iyun ayından satışda satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - iyun 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - İyun 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər