Xəyal Feyzullayevin təqdimatında: Yükdaşıma ilə məşğul olan vergi ödəyicilərinin öhdəlikləri

Xəyal Feyzullayevin təqdimatında: Yükdaşıma ilə məşğul olan vergi ödəyicilərinin öhdəlikləri

Mövzu ilə bağlı “vergiler.az”ın sualına vergi məsələləri üzrə mütəxəssis Xəyal Feyzullayev aydınlıq gətirir.

2023-cü ilin sonuna qədər qüvvədə olan Vergi Məcəlləsinin tələblərinə əsasən, yükdaşıma və sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxslər dövriyyədən vergi ödəmirdilər. Onlar “Fərqlənmə nişanı” almaqla il ərzində fəaliyyətlərini davam etdirirdilər və bunun üçün ödəniş edirdilər.

Lakin 2024-cü ildən Vergi Məcəlləsinin 218.4.1, 220.5, 221.4 maddələrində edilmiş dəyişikliklərə əsasən, artıq yükdaşıma fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri əvvəlki kimi “Fərqlənmə nişanı”na görə deyil, dövriyyədən vergini hesablayıb dövlət büdcəsinə ödəməlidirlər. Yəni dövriyyəsi 200.000 manata qədər təşkil edən və vergi ödəyicisi olmayan şəxslərə (vətəndaşlara) xidmət göstərənlər sadələşdirilmiş vergi kimi 2 faiz dərəcə ilə vergi ödəyəcəklər. Vergi ödəyicilərinə xidmət göstərən və dövriyyəsi 200.000 manata qədər olan, həmçinin 75% güzəşt hüququndan istifadə edə bilən şəxslər gəlir (mənfəət) vergisini hesablayıb dövlət büdcəsinə ödəməli olacaqlar. Əvvəlki 12 aylıq dövriyyəsi 200.000 manatdan artıq olan vergi ödəyiciləri isə ƏDV-nin ödəyicisi kimi qeydiyyata alınmalı, ƏDV və mənfət vergisi ödəməli olacaqlar.

Misal 1: Yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxs 2024-cü ilin 1-ci rübü ərzində vətəndaşlara yüklərin daşınması ilə əlaqədar 15.000 manat gəlir əldə edib. Bu zaman həmin şəxs 2024-cü ilin 1-ci rübü üçün 300 manat vergini hesablayıb dövlət büdcəsinə ödəməlidir:

15.000 x 2% = 300 manat.

Misal 2: Yükdaşıma fəaliyyəti ilə məşğul olan və orta aylıq 3 işçisi olan şəxs 2024-cü il ərzində vergi ödəyicilərinə yükdaşıma xidməti göstərib və illik gəliri 90.000 manat, gəlirdən çıxılan xərcləri isə 15.000 manat təşkil edib. Bu zaman vergi ödəyicisi, Vergi Məcəlləsinin müvafiq maddələrinə əsasən, mikro sahibkarlıq subyekti kimi gəlir (mənfəət) vergisi üzrə 75% güzəşt hüququndan istifadə edə bilər. Belə olan halda, onun büdcəyə ödəməli olduğu illik vergi məbləği 3.750 manat olacaq:

90.000 – 15.000 = 75.000 manat;

75.000 x 75% = 56.250 manat;

75.000 – 56.250 = 18.750 manat;

18.750 x 20% = 3.750 manat.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - SATIŞI BİTİB (iyun ayında yeni nəşr olacaq)

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - Satışı bitib

3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

4. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

5. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

6. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - Satışı davam edir

7. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  - Satışı davam edir

8. ƏMAS Platforması - 2024 (II nəşr) - 27 may tarixindən SATIŞDA

9. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - iyunayından satışda

10. Əmək Bələdçisi - 2024 - sentyabr ayından satışda

11.  Vergi Platforması - 2024 - iyun ayından satışda satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - iyun 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - İyun 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər