Anar Bayramovun təqdimatında: Kameral vergi yoxlamaları vergi ödəyicilərini risklərdən sığortalayır

"Uyğunsuzluqların kameral vergi yoxlaması vasitəsilə üzə çıxarılmasının mühasiblərin xeyrinədir"

“Kameral vergi yoxlamasından düzgün qaydada, ağılla istifadə edən mühasib ondan yararlana bilər. Çünki bu yoxlama vergi ödəyicisinin, mühasibin gələcəkdə səyyar vergi yoxlaması risklərini minimallaşdırır”. “vergiler.az” xəbər verir ki, bunu Auditorlar Palatasının üzvü, “Bizcon” MMC-nin rəhbəri Anar Bayramov “İllik Mühasiblər Forumu -2024” platformasındakı çıxışında bildirib.

Biznes subyektlərinin tez-tez rastlaşdığı vergi yoxlamalarına səbəb olan hallar və bununla bağlı çıxış yollarını aydınlaşdıran A.Bayramov qeyd edib ki, kameral vergi yoxlaması mühasiblərin çoxunun ən aktual, hər gün rastlaşdığı yoxlamalardan biridir: “Bu zaman vergi ödəyicisinin göndərdiyi məlumatlar, hesabatlar və digər mənbələrdəki informasiyalar çarpaz yoxlanılır. Əgər hansısa bir uyğunsuzluq aşkarlanarsa, vergi ödəyicisinə məktub göndərilir və yanlışlığın aradan qaldırılması istənilir. Proses AVİS proqramı vasitəsilə həyata keçirilir və təqdim olunan bəyannamələrdəki çarpaz yoxlamalar nəticəsində uyğunsuzluqlar aşkar edilir. Məsələn, əmlak vergisi və mənfəət vergisi bəyannamələri arasında çarpaz yoxlama nəticəsində üzə çıxıb ki, vergi ödəyicisi mənfəət vergisi bəyannaməsində sahibkar barədə məlumatları göstərib, amma əmlak vergisi bəyannaməsini təqdim etməyib və ya məlumatlar yanlış verilib. Vergi orqanı bu məlumatları analiz edərək əsas vəsaitlərlə bağlı olan dövrün əvvəlinə və sonuna qalıq olduğunu, lakin əmlak vergisi bəyannaməsinin təqdim edilmədiyini göstərir. Bu zaman mənfəət vergisi bəyannaməsində göstərilən xərclərlə də bağlı uyğunsuzluq üzə çıxa bilər”.

Bu cür uyğunsuzluqların kameral vergi yoxlaması vasitəsilə üzə çıxarılmasının mühasiblərin xeyrinə olduğunu deyən mütəxəssis bununla onların səyyar vergi yoxlaması risklərindən sığortalandıqlarını vurğulayıb. O, hətta mühasiblərin AVİS-in imkanlarından istifadə edərək boş hesabat göndərdikləri halda bir çox uçot məlumatlarını əldə edərək rahat şəkildə bəyannamələrini yenidən göndərə biləcəklərini diqqətə çatdırıb və bəzi tövsiyələrini də səsləndirib: “Qanunvericiliyə əsasən, hüquqi şəxslərdən icarəyə götürülmüş əmlaklara görə ödəmə mənbəyindən vergi tutulmur və bununla bağlı hesabat tələb edilmir. Amma ilin sonunda mənfəət vergisi bəyannaməsi təqdim edən zaman icarə haqlarının məbləğini hüquqi şəxslər üzrə qeyd edəndə avtomatik uyğunsuzluq üzə çıxır. Bu halda qanunvericiliyə əsaslanaraq məktublarla izahlar vermək olur. Ancaq ay ərzində 4-5 dəfə məktub, hesabat təqdim etməkdənsə, bir dəfə ödəmə mənbəyində vergi bəyannaməsini tərtib edib orada hüquqi şəxslərdən gələn icarə haqlarını qeyd edib göndərmək daha rahatdır”.

A.Bayramov AVİS vasitəsilə üzə çıxarılanlar sırasında əməkhaqqı xərcləri, qeyri-rezidentlər üzrə əlavə dəyər vergisi və ödəmə mənbəyinə vergi ilə bağlı uyğunsuzluqları da qeyd edib və bunlarla bağlı izahlar verib.

Fərqanə ALLAHVERDİQIZI

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - SATIŞI BİTİB

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - ARTIQ SATIŞDA

3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

4. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

5. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

6. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - ARTIQ SATIŞDA

7. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  - 9 APREL TARİXİNDƏN SATIŞDA

8. Əmək Platforması - 2024 - 16 Aprel tarixindən SATIŞDA

9. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - aprel ayından satışda

10. Əmək Bələdçisi - 2024 - May ayından satışda

11.  Vergi Platforması - 2024 - May ayından satışda satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - May 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - Aprel 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər