PMS Sertifikatı üzrə imtahan üzrə 10 ballıq tapşırıqlarda ƏDV tutulan əməliyyatın vaxtı ilə bağlı 3 halın izahı

PMS Sertifikatı üzrə imtahan üzrə 10 ballıq tapşırıqlarda ƏDV tutulan əməliyyatın vaxtı ilə bağlı 3 halın izahı

Satışı davam edən PMS Sertifikatı (III nəşr) kitabından seçmə

İndi isə misallarımızdakı hallara aydınlıq gətirək.
Birinci halda, malların təqdim edildiyi digər vergi ödəyicisi 20 000 manatlıq malın yalınız ƏDV-sini ödəyib. 1 yanvar 2024-cü il tarixdən edilən dəyişikliyə görə, yalnız ƏDV  ödənildiyi halda da  Vergi Məcəlləsinin 166-ci maddəsinə əsasən, ödəmə hesab edilir.
İkinci halda isə, qarşı tərəf 5 000 manatlıq malın əsas məbləğini ödəsə də, ƏDV-ni ödəməyib. ƏDV məbləğinin ödənilməməsinə baxmayaraq, malların dəyəri ödənidiyi üçün 5 000 manat Vergi Məcəlləsinin 166-ci maddəsinin tələblərinə uyğun olaraq ödəmə hesab edilir.
Üçüncü halda isə, vergi ödəyicilərindən birinin təqdim edilən mallara görə borcu 12 000 manat olsa da, əsas məbləğdən 6000 manat, ƏDV-ni isə tam məbləğdə ödəyib. 1 yanvar 2024-cü il tarixdən edilən dəyişikliyə uyğun olaraq ƏDV-nin ödənilməsi malları təqdim edən üçün vergi tutulan əməliyyat hesab ediləcək. 
Hesabat dövründə ƏDV ödəyicisi öncəki aylarda aldığı, həmçinin ƏDV-sini əvəzləşdirdiyi 10 000 manatlıq malı qarşı tərəfə qaytardığı üçün dəqiqləşdirmə həyata keçirib. Misaldan göründüyü kimi, vergi ödəyicisi öncəki dövrdə aldığı malları geri qaytarıb. Qeyd olunan məbləğ üzrə ƏDV-nin əvəzləşdirilməsi həyata keçirildiyi üçün ƏDV ödəyicisi həmin məbləği dövlət büdcəsinə bəyan etməlidir. Vergi Məcəlləsinin 163.1.1-ci maddəsinə əsasən, əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və qismən geri qaytarıldıqda vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi həyata keçirilir. Vergi Məcəlləsinin 163.2-ci maddəsində qeyd edilir ki, dəqiqləşdirmə qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır.
Vergi Məcəlləsinin 163-cü maddəsinin tələblərinə uyğun olaraq, ƏDV ödəyicisi hesabat dövrü üzrə 10 000 manatlıq malın ƏDV-sini, yəni 1 800 manatı bəyan etməlidir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - SATIŞI BİTİB

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - ARTIQ SATIŞDA

3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

4. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

5. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

6. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - ARTIQ SATIŞDA

7. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  - 9 APREL TARİXİNDƏN SATIŞDA

8. Əmək Platforması - 2024 - 16 Aprel tarixindən SATIŞDA

9. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - aprel ayından satışda

10. Əmək Bələdçisi - 2024 - May ayından satışda

11.  Vergi Platforması - 2024 - May ayından satışda satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - May 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - Aprel 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər