DƏYİŞİKLİK! Faktorinq əməliyyatları üzrə ƏDV-nin əvəzləşdirilməsi necə dəyişdi?

DƏYİŞİKLİK! Faktorinq əməliyyatları üzrə ƏDV-nin əvəzləşdirilməsi necə dəyişdi?

Satışı yekunlaşan "Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024" kitabından seçmə

Vergi Məcəlləsinə əlavə edilən 175.14-cü maddə ilə əvəzləşdirilmə bağlı bir boşluq da aradan qaldırılıb. Həmin maddəyə əsasən, alınmış mallarla (işlərlə, xidmətlərlə) bağlı yaranmış borclar üzrə faktorinq (tələbin güzəşti) əməliyyatları çərçivəsində əməliyyatın dəyəri faktorun (tələb güzəşt edilən şəxsin) bank hesabına, ƏDV məbləği isə satıcının ƏDV depozit hesabına ödənildikdə ödənilmiş ƏDV məbləği əvəzləşdirilir. Qanunvericilikdə ƏDV-nin əvəzləşdirilməsi üçün malın dəyəri qarşı tərəfin bank hesabına ödənildiyi halda əvəzləşdirilməsinə icazə verildiyi üçün faktorinq əməliyyatları zamanı malın dəyərinin başqa şəxsə - faktorun (tələb güzəşt edilən şəxsin) bank hesabına ödənilməsi halı nəzərə alınmamışdı. Yeni dəyişiklik nəticəsində qanunvericilikdəki həmin boşluq aradan qaldırıldı.
Misal. ƏDV ödəyicisi qarşı tərəfdən 10 000 manat (ƏDV-siz) məbləğiində mal alıb. Qarşı tərəf həmin malların təqdim edilməsi üzrə yaranmış borclar üzrə faktorinq (tələbin güzəşti) əməliyyatları tətbiq edib. Yəni vergi ödəyicisi həmin malları dəyərini onu təqdim edən şəxsə yox, faktorun (tələb güzəşt edilən şəxsin) bank hesabına ödəyir. Malları alan şəxs ƏDV-ni malları təqdim edən şəxsin, yəni satıcının ƏDV depozit hesabına ödədiyi halda Vergi Məcəlləsinin 175.14-cü maddəsinə əsasən ƏDV-ni əvəzləşdirmək hüququna malik olacaq.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - ARTIQ SATIŞDA

5. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - ARTIQ SATIŞDA

2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

3. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

4. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

5. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - ARTIQ SATIŞDA

7. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - Mart ayından satışda

8. Əmək Bələdçisi - 2024 - May ayından satışda

9. Əmək Platforması - 2024 - Aprel ayından satışda

10.  Vergi Platforması - 2024 - May ayından satışda satışda

11. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  - Mart ayından satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - May 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - Aprel 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər