YENI DƏYİŞİKLİK! ƏDV qeydiyyatı ləğv edilən vergi ödəyicisinin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ necə tənzimlənəcək? (3 MİSALLA İZAH)

YENI DƏYİŞİKLİK! ƏDV qeydiyyatı ləğv edilən vergi ödəyicisinin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ necə tənzimlənəcək? (3 MİSALLA İZAH)

Satışı davam edən "Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024" kitabından seçmə

Təcrübədə rast gəlinən suallardan biri odur ki, ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan çox olan pərakənt ticarət və ya xidmət sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin ƏDV ödəyicisi olduqdan sonra yenidən sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnun tənzimlənməsidir. Vergi Məcəlləsinin 218.2-ci maddəsinə edilən dəyişikliklər nəticəsində qeyd edilən hallara aydınlıq gətirilib. 
Vergi Məcəlləsinin 218.2-ci maddəsinə edilən əlavəyə əsasən bu Məcəllənin 158.2-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinin ƏDV qeydiyyatı ləğv edildikdə, o, öz fəaliyyətini bu Məcəllənin 218.1.1-ci maddəsinə uyğun və ya gəlir (mənfəət) vergisi ödəyicisi kimi davam etdirmək barədə müraciət edə bilər.
Maddədə diqqət yetiriləsi əsas məqamlardan biri Məcəllənin 158.2-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinin ƏDV qeydiyyatının ləğv edilməsi məsələsidir. Vergi Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, vergi ödəyicisinin vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği əvvəlki tam 12 təqvim ayı ərzində 100.000 manatdan çox deyilsə, bu Məcəllənin 158.1-ci maddəsində nəzərdə tutulan hallar istisna edilməklə, vergi ödəyicisi ƏDV-nin məqsədləri üçün son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən bir il keçdikdən sonrakı istənilən vaxt qeydiyyatın ləğv olunmasına dair ərizə verə bilər. 
Mİsal 1. ƏDV qeydiyyatında olan vergi ödəyicisinin vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği əvvəlki tam 12 təqvim ayı ərzində 200 000 manatdan aşağı - 150 000 manat olub. Vergi ödəyicisi müraciət edərək sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə etmək istəsə də, ona imtina veriləcək. Çünki Vergi Məcəlləsinin 158.2-ci maddəsində vergi ödəyicisinin vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləğinin əvvəlki tam 12 təqvim ayı ərzində 100.000 manatdan çox olmaması tələbi qoyulur.
Mİsal 2. Xidmət sahəsində fəaliyyət göstərən vergi ödəyicisinin ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan çox olduğu üçün 2024-cü ilin fevral ayında ƏDV qeydiyyatına alınıb. Vergi ödəyicisinin 2024-cü il noyabr ayında vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği əvvəlki tam 12 təqvim ayı ərzində 100 000 manatdan aşağı - 80 000 manat olub. Vergi ödəyicisi sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə etmək istəsə də, vergi orqanı tərəfindən imtina cavabı veriləcək. Çünki Vergi Məcəlləsinin 158.2-ci maddəsində ƏDV-nin məqsədləri üçün son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən bir il keçməsi tələbi qoyulub. Misalımızda vergi ödəyicisi 2024-cü ilin fevral ayında ƏDV qeydiyyatına alındığı üçün 2024-cü ilin noyabr ayındakı müraciəti Vergi Məcəlləsinin 158.2-ci maddəsinin tələblərinə uyğun deyil.
Mİsal 3. Pərakəndə ticarət fəaliyyət ilə məşğul olan vergi ödəyicisi 2023-cü ilin sentyabr ayında ƏDV qeydiyyatına alınıb. Vergi ödəyicisi 2024-cü ilin oktyabr ayında sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə etməklə bağlı vergi orqanına müraciət edib. Vergi ödəyicisi fikrini onunla əsaslandırıb ki, əvvəlki tam 12 təqvim ayı ərzində vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği 70 000 manat olub. Bu zaman vergi orqanı 2024-cü ilin bitməsini gözləməyərək vergi ödəyicisinin 1 oktyabr 2024-cü il tarixdən sadələşdirilmiş vergi mükələfiyyətini aktiv edəcək.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - ARTIQ SATIŞDA

5. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - ARTIQ SATIŞDA

2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

3. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

4. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

5. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - ARTIQ SATIŞDA

7. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - Fevraldan satışda

8. Əmək Bələdçisi - 2024 - Fevraldan satışda

9. Əmək Platforması - 2024 - Fevraldan satışda

10.  Vergi Platforması - 2024 - Fevraldan satışda

11. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  - Fevraldan satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - May 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - Aprel 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər