YENİ DƏYİŞİKLİK! Mənfəət (gəlir) vergisi bəyannaməsində AVİS yoxlamasının əhatəsinə düşməyən sətir necə dəyişdirildi?

YENİ DƏYİŞİKLİK! Mənfəət (gəlir) vergisi bəyannaməsində AVİS yoxlamasının əhatəsinə düşməyən sətir necə dəyişdirildi?

Satışı davam edən "Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024" kitabından seçmə

Son dəyişikliyədək Vergi Məcəlləsinin 116.1-ci maddəsinə əsasən, öz işçilərinin xeyrinə əmlakın zərərdən sığortalanması, habelə xarici sığortaçılar ilə bağlanmış həyat sığortası müqavilələri üzrə sığorta haqları istisna olmaqla, sığortalının və təkrarsığortalının ödədiyi sığorta haqları gəlirdən çıxılırdı. Maddədən göründüyü kimi hesablanmış yox, ödənilmiş sığorta haqlarının gəlirdən çıxılmasına icazə verilirdi. Vergi ödəyicisi tərəfindən təqdim edilən mənfəət (gəlir) bəyannaməsində ödənilən sığorta haqlarının qeyd edilməsi vergi orqanı tərəfindən həmin məlumatların kameral yoxlaması zamanı problemlər yaradırdı. Bu səbəbdən də, Vergi Məcəlləsinin 116.1-ci maddəsinin yeni redaksiyasında təsdiq zamanı ödənilən yox, hesablanan sığorta haqqlarının gəlirdən çıxılmasına icazə verilir. 
1 yanvar 2024-cü ildən qüvvədə olan Vergi Məcəlləsinin 116.1-ci maddəsinə əsasən, öz işçilərinin xeyrinə əmlakın zərərdən sığortalanması, habelə xarici sığortaçılar ilə bağlanmış həyat sığortası müqavilələri üzrə sığorta haqları istisna olmaqla, sığorta haqları üzrə, həmçinin təkrarsığorta müqavilələrinə münasibətdə təkrarsığorta haqları üzrə öhdəliklər gəlirdən çıxılır. Sığorta müqaviləsinin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə çəkilən sığorta haqqı xərcləri həmin hesabat dövrləri üzrə onun hesablanması qaydasına müvafiq surətdə bölüşdürülür.
Mİsal. Sığorta şirkəti tərəfindən vergi ödəyicisinin əmlakının  2024 və 2025-ci illlər üzrə sığortalanması həyata keçirilib. Vergi ödəyicisi 2024-cü il üzrə sığorta şirkətinə 2 illik sığorta haqqı - 15 000 manat ödəniş edib. Həmin əmlak üzrə sığorta haqqı ilk il üzrə 8 000 manat təşkil etdiyi halda, vergi ödəyicisi 2024-cü il üzrə vergi bəyannaməsində 15 000 manat yox, 8 000 manatı qeyd edəcək.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - ARTIQ SATIŞDA

5. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - ARTIQ SATIŞDA

2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

3. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

4. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

5. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - ARTIQ SATIŞDA

7. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - Fevraldan satışda

8. Əmək Bələdçisi - 2024 - Fevraldan satışda

9. Əmək Platforması - 2024 - Fevraldan satışda

10.  Vergi Platforması - 2024 - Fevraldan satışda

11. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  - Fevraldan satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - May 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - Aprel 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər