YENİ DƏYİŞİKLİK! Gəlir və xərcin uçotunun aparılmaması ilə bağlı olan 58.8.3-cü maddə niyə ləğv edildi?

YENİ DƏYİŞİKLİK! Gəlir və xərcin uçotunun aparılmaması ilə bağlı olan 58.8.3-cü maddə niyə ləğv edildi?

Satışı davam edən "Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024" kitabından seçmə

Vergi Məcəlləsinin 58.8-ci maddəsi ilə bağlı iki dəyişiklik həyata keçirilib. Birinci dəyişiklik ondan ibarətdir ki, Vergi Məcəlləsinin 58.8-ci maddəsinin birinci abzasından “bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda” sözləri çıxarılıb. İkinci dəyişiklik isə ondan ibarətdir ki, Vergi Məcəlləsinin 58.8.3-cü maddəsi ləğv edilib. Maddədə qeyd edilirdi ki, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda – alıcıya rəsmiləşdirilməyən xərclərin 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. 
Mİsal. Vergi orqanı 2023-cü il tarixdə həyata keçirdiyi vergi nəzarəti tədbirləri zamanı vergi ödəyicisinin təqdim etdiyi 30 000 manatlıq malların alış sənədinin olmadığını müəyyən edib. Bu zaman vergi orqanı tərəfindən həmin malların alış qiyməti müəyyənləşdirildikdən sonra 20 faiz məbləğində maliyyə sanksiyası tətbiq edilirdi. 
Vergi Məcəlləsinin 58.8.3-cü maddəsinin ləğvi bəzi həmkarlarımda fikir formalaşdıra bilərdi ki, artıq xərclərin olmamasına görə maliyyə sanksiyası da tətbiq edilməyəcək. Amma Vergi Məcəlləsinin 58.8.3-cü maddəsinin ləğvinin səbəbi odur ki, vergi orqanı xərcin təsdiqedici sənədləri olmadığı halda həmin xərcləri tanımayacaq. Bununla bağlı Vergi Məcəlləsinin 108-ci maddəsinə əlavə edilən dəyişikliyə əsasən, gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir. Bu səbəbdən də Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmədiyi üçün həmin xərclərə görə maliyyə sanksiyası tətbiq edilməsi də Məcəllədə nəzərdə tutulmur.
Son dəyişikliyədək vergi orqanı tərəfindən alışı rəsmiləşdirilməyən mallara görə vergi ödəyicisinə 20 faiz maliyyə sanksiyası tətbiq edildiyi üçün həmin malların dəyəri gəlirdən çıxılan xərclərə aid edilirdi. 1 yanvar 2024-cü il tarixdən sonra alışı rəsmiləşdirilməyərək təqdim edilən mallara görə maliyyə sanksiyası tətbiq edilmədiyindən, həmin malların dəyərinin gəlirdən çıxılan xərclərə aid edilməsi də baş verməyəcək. 
Qeyd edək ki, növbəti səhifələrdə Vergi Məcəlləsinə 108.1-ci maddəsinə əlavə edilən dəyişiklik haqqında daha geniş məlumat verilib.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - ARTIQ SATIŞDA

5. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - ARTIQ SATIŞDA

2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

3. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

4. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

5. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - ARTIQ SATIŞDA

7. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - Fevraldan satışda

8. Əmək Bələdçisi - 2024 - Fevraldan satışda

9. Əmək Platforması - 2024 - Fevraldan satışda

10.  Vergi Platforması - 2024 - Fevraldan satışda

11. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  - Fevraldan satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - May 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - Aprel 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər