YENİ DƏYiŞİKLİK! Operativ vergi nəzarəti mini səyyar vergi yoxlamasına çevrildi?

YENİ DƏYiŞİKLİK! Operativ vergi nəzarəti mini səyyar vergi yoxlamasına çevrildi?

Satışı davam edən "Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024" kitabından seçmə

Vergi Məcəlləsinin 50-ci, “Operativ vergi nəzarəti” maddəsi ilə bağlı iki dəyişiklik həyata keçrilib. Birinci dəyişiklik operativ vergi nəzarətinin əhatə etdiyi dövrün artırılmasıdır. Belə ki, Vergi Məcəlləsinə əlavə edilən 50.4-1-ci maddəyə əsasən, bu Məcəllənin 50.1-ci maddəsi üzrə operativ vergi nəzarəti bu Məcəllənin 56.1-ci və 85.4-cü maddələrində nəzərdə tutulan dövr üzrə həyata keçirilir. 
Vergi Məcəlləsinin 56-cı maddəsi vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusuna görə məsuliyyətə cəlb etmənin və maliyyə sanksiyalarının alınmasının müddətini tənzimləyir. Məcəllənin 85.4-cü maddəsinə əsasən, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər.
Deməli, vergi orqanı operativ vergi nəzarəti zamanı cari vəziyyəti yox, 3 il və müəyyən hallarda 5 illik dövrü yoxlamaq hüququna malikdir. 
Mİsal 1. Mümkündür ki, operativ vergi nəzarəti zamanı vergi orqanı vergi ödəyicisinin faktiki mal qalığı ilə yanaşı, 3 il ərzində təqdim etdiyi mallar üzrə xərclərini də yoxlasın.
Mİsal 2. Vergi orqanı 2024-cü ilin 10 aprel tarixində həyata keçirdiyi operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin 2024-cü ilin mart ayı ərzində ümumi məbləği 30 000 və ya 15 000 manatdan artıq olan hesablaşmalar üzrə ödənişləri nağd qaydada aparmasını aşkarlasa, maliyyə sanksiyası tətbiq edə biləcək.
Operativ vergi nəzarəti ilə bağlı digər dəyişiklik ondan ibarətdir ki, vergi orqanı bu cür nəzarət tədbiri zamanı vergi yoxlamasının keçirilməsinə kömək göstərilməsi üçün mütəxəssis və ekspert tətbiq etmək hüququna malikdir. Bunun üçün, Vergi Məcəlləsnin 50.6-cı maddəsinə edilən dəyişikliyə əsasən, operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-49-cu maddələrinin müddəaları tətbiq edilir.
Bəzi mütəxəssislər hesab edirlər ki, Vergi Məcəlləsində qeyd edilən dəyişiklik öncələr yaranan boşluğun aradan qaldırılması üçündür. Çünki vergi orqanı operativ vergi nəzarəti tədbirlər zamanı vergi ödəyicisinin faktiki sahibliyində olan malların bazar qiymətini tətbiq etmək üçün mütəxəssis cəlb edirdi. Amma son dəyişikliyədək Vergi Məcəlləsinin 50.6-ci maddəsi üzrə 45-ci, “Vergi yoxlamasının keçirilməsinə kömək göstərilməsi üçün mütəxəssisin dəvət edilməsi” maddəsinin müddəalarının tətbiq edilməsi istisna olunurdu. Bu səbəbdən də həmin boşluğun aradan qaldırılması üçün Vergi Məcəlləsinin 50.6-cı maddəsinə müvafiq düzəliş həyata keçirildi.

 

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - ARTIQ SATIŞDA

5. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - ARTIQ SATIŞDA

2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

3. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

4. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

5. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - Fevraldan satışda

7. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - Fevraldan satışda

8. Əmək Bələdçisi - 2024 - Fevraldan satışda

9. Əmək Platforması - 2024 - Fevraldan satışda

10.  Vergi Platforması - 2024 - Fevraldan satışda

11. Əməyin uçotu: A-dan Z-yə (IVnəşr)  - Fevraldan satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - Mart 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - Aprel 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər