YENİ DƏYİŞİKLİK! Yalnız nəzarət-kassa aparatı çeki ilə alınan hansı malların gəlirdən çıxılmasına mümkün olacaq?

YENİ DƏYİŞİKLİK! Yalnız nəzarət-kassa aparatı çeki ilə alınan hansı malların gəlirdən çıxılmasına mümkün olacaq?

Satışı davam edən "Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024" kitabından seçmə

Son dəyişikliyə əsasən, Vergi Məcəlləsinin 109.8-ci maddəsi ilə həm malların alış aktı, həm də nəzarət-kassa aparatının çeki ilə alınan malların dəyərinin gəlirdən çıxılması ilə bağlı hədd qoyulub. Vergi Məcəlləsinin 109.8-ci maddəsinə əsasən, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsində göstərilən mallar, habelə daşınmaz əmlak, avtomobil nəqliyyatı vasitələri və daşınar əsas vəsaitlər istisna olmaqla, digər malların vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alış aktı əsasında alınması və ya malların vergi ödəyicilərindən bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verən nəzarət-kassa aparatının çeki əsasında alınması üzrə gəlirdən çıxılan xərclərin yuxarı həddi vergi ödəyicisinin hər il üçün gəlirlərinin və xərclərinin ən yüksəyinin hər bir hal üzrə 2 faizi həddində məhdudlaşdırılır və bu həddən yuxarı məbləğ gəlirdən çıxılmır.
Maddənin daha aydın anlaşılması üçün alış aktı və NKA çeki vasitəsilə alınan mallar üzrə yanaşmalara ayrılıqda baxaq. 
Nəzarət-kassa aparatının çeki ilə bağlı düzəlişi isə vergi ödəyicilərinin xeyrinə olan hal kimi qiymətləndirmək mümkündür. Təcrübədə bəzən vergi ödəyicisinə təcili hansısa mal lazım olur. Misal üçün, ofisin elektrik lampası sıradan çıxır və ya avandanlığın hər hansı detalı xarab olur və sair. Bu hallarda həmin malı təsərrüfat mallarının satışını həyata keçirən mağazadan əldə etmək mümkün olsa da, malın dəyərininin gəlirdən çıxılan xərclərə daxil edilməsi üçün mütləq qarşı tərəf elektron qaimə-faktura təqdim etməli idi. Çünki Vergi Məcəlləsinin 109.8-ci maddəsinin öncəki redaksiyasında qeyd edilirdi ki, nəzarət-kassa aparatının çeki malların alınması ilə bağlı çəkilən xərcləri təsdiq edən sənəd hesab olunmur. Yeni dəyişiklikdən sonra vergi ödəyicisinin dəyərini ödədiyi mal müqabilində verilən nəzarət-kassa çeki aparatı çeki malın dəyərinin gəlirdən çıxılmasına icazə verən sənəd hesab olunacaq. Artıq vergi ödəyicisi gəlirdən çıxılan xərcə salmaq qarşı tərəfdən müqavilə, elektron qaimə-faktura və s. tələb etməyəcək, aldığı NKA çeki yetərli olacaq.
Mİsal 1. Vergi ödəyicisi təsərrüfat mallarının satışını həyata keçirən şəxsdən 300 manat məbləğində mallar əldə edib. Həmin malların alınması zamanı qarşı tərəf nəzarət-kassa aparatının çekini təqdim etsə, vergi ödəyicisi Vergi Məcəlləsinin 109.8-ci maddəsindəki tələblərə uyğun olaraq bu məbləği gəlirdən çıxa biləcək.

Mİsal 2. Direktor ev üçün aldığı ərzaq məhsulları ilə bağlı NKA çekini mühasibatlığa təqdim edir ki, Vergi Məcəlləsinin 109.8-ci maddəsinin tələblərini nəzərə almaqla gəlirdən çıxılan xərclərə aid etsin. Bu zaman vergi ödəyicisi həmin NKA çekini gəlirdən çıxılan xərclərə aid edə bilməyəcək. Cünki Vergi Məcəlləsinin 109.3-cü maddəsinə əsasən yemək xərclərin gəlirdən çıxılmasına icazə verilmir.
Mİsal 3. Vergi ödəyicisi sahibkarlıq fəaliyyəti çərçivəsində 300 manatlıq mal alıb. Amma qarşı tərəfin təqdim etdiyi nəzarət-kassa aparatının çekinin qəbzində malların adı qeyd edilməyib, “sərbəst satış” adı ilə təqdim olunub. Malın dəyəri Vergi Məcəlləsinin 109.8-ci maddəsindəki məbləğ tələbinə uyğun olsa da, vergi orqanı həmin məbləğin NKA çeki müqabilində gəlirdən çıxılmasına icazə verməyəcək. Çünki maddədə xüsusi olaraq “Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verən nəzarət-kassa aparatının çeki” ifadəsi qeyd edilib. 
Mİsal 4. Vergi ödəyicisi qarşı tərəfdən 300 manat məbləğində mal alsa da, qarşı tərəf ona NKA çeki yox, ciddi hesabat blankı olan mədaxil qəbzi təqdim edib. Vergi orqanı həmin ciddi hesabat blankı ilə alınan malların dəyərinin gəlirdən çıxılmasına icazə verməyəcək. Cünki Vergi Məcəlləsinin 109.8-ci maddəsində nəzarət-kassa aparatının çeki qeyd edilib.
Fikrimizcə, NKA çeki ilə bağlı kifayət qədər məlumat verdik. NKA çekinin necə saxlanılması məsələsinə də aydınlıq gətirək. NKA çekinin tez bir zamanda keyfiyyətini itirməsi səbəbindən onun sürətinin çıxarılması yanaşı, müvafiq aktın hazırlanması da məqsədəuyğundur. Həmin aktda NKA çeki ilə bağlı məlumatlarla (göstəricilər, fiskal kod və s.) yanaşı, alınan malların siyahısını vermək lazımdır. Kameral vergi yoxlaması zamanı NKA çekləri ilə gəlirdən çıxılan xərclərlə bağlı sual yaranarsa, həmin sənədləri göndərmək mümkündür. NKA çekləri ilə bağlı məlumatlar vergi orqanının bazasında da qeyd edildiyi üçün vergi orqanı həmin məlumatların düzgünlüyü yoxlamaq imkanına malikdir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - ARTIQ SATIŞDA

5. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - ARTIQ SATIŞDA

2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

3. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

4. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

5. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - Fevraldan satışda

7. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - Fevraldan satışda

8. Əmək Bələdçisi - 2024 - Fevraldan satışda

9. Əmək Platforması - 2024 - Fevraldan satışda

10.  Vergi Platforması - 2024 - Fevraldan satışda

11. Əməyin uçotu: A-dan Z-yə (IVnəşr)  - Fevraldan satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - Mart 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - Aprel 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər