Təhməz Qaçayevin təqdimatında: Vergi ödəyiciləri üçün gəlirin əldə edilməsi vaxtı

Vergi Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, müvafiq məbləğ vergi ödəyicisinə qeyd-şərtsiz ödənilməlidirsə, yaxud vergi ödəyicisi əqd və ya müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirmişdirsə, bu vaxt gəliri almaq hüququ əldə edilmiş sayılır. Bakı Karyera Mərkəzinin direktoru, vergi eksperti Təhməz Qaçayev qanunvericiliyin bu tələbini “vergiler.az”a nümunə üzərindən şərh edir: 
 Misal: Gəlir və xərclərinin uçotunu hesablama metodu ilə aparan və kiçik sahibkarlıq subyekti olan müəssisə hesabat dövründə 165.000 manat dəyərində xidmət göstərib. Göstərilən xidmətlərlə bağlı hesabat ilinin sonunda 3.000 manat debitor borcu yaranıb. Müəssisə eyni zamanda öz işçilərinə görə 45.000 manat əməkhaqqı və sosial sığorta xərcləri hesablayıb, malların maya dəyəri üzrə xərcləri 70.000 manat olub. Hesabat ilinin 1 avqust tarixində aylıq icarə dəyəri 4.000 manat olan ofis icarəyə götürüb. İcarə muqaviləsinə əsasən, icarə haqlarının hər ayın sonunda ödənilməsi nəzərdə tutulub və müqavilənin müddəti 1 ildən artıq olub. Müəssisə icarə haqqının tam dəyərini cari ilin avqust ayında ödəyib.

Müəssisənin mənfəət vergisini hesablayaq. Bunun üçün, ilk növbədə, onun gəlirini və gəlirdən cıxılmasına yol verilən xərclərini müəyyən etmək lazımdır. Vergi Məcəlləsinin 135-ci maddəsinə əsasən, hesablama metodu ilə gəlir və xərcinin uçotunu aparan vergi ödəyiciləri üçün gəlirin əldə edilməsi vaxtı müəyyən edilib. Maddədə göstərildiyi kimi, müvafiq məbləğ vergi ödəyicisinə qeyd-şərtsiz ödənilməlidirsə, yaxud vergi ödəyicisi əqd və ya müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirmişdirsə, bu vaxt gəliri almaq hüququ əldə edilmiş sayılır.

Misalımıza uyğun olaraq, vergi ödəyicisi hesabat dövründə 165.000 manat dəyərində mal təqdim edib, ancaq 3.000 manat məbləğ debitor borca çevrilsə də 135.1-ci maddəni əsas götürməklə vergi ödəyicisinin cari ilin gəliri kimi 165.000 manat qəbul ediləcək. Vergi ödəyicisinin 45.000 manat əməkhaqqı və sosial sığorta xərcləri, o cümlədən 70.000 manat malların maya dəyəri üzrə xərcləri Vergi Məcəlləsinin 108.1-ci maddəsinə əsasən gəlirin əldə edilməsi ilə bağlı olan və gəlirdən çıxılan xərclər olduğu üçün gəlirdən çıxılacaq.

Tutaq ki, müəssisə cari ilin avqust ayında 1 ildən artıq müddətə aylıq icarə dəyəri 4.000 manat olan ofis icarəyə götürüb və aylıq icarə haqlarının tam məbləğini avqust ayında ödəyib. Bəs bu halda icarə haqlarının tam məbləği gəlirdən çıxılacaqmı?

Suala aydınlıq gətirmək üçün Vergi Məcəlləsinin 136-cı maddəsinə nəzər salmaq lazımdır. Belə ki, Məcəllənin 136.3-cü maddəsinə əsasən, borc öhdəliyi üzrə faizlər və ya əmlakın icarə haqqı ödənilərkən borc öhdəliyi və ya icarə müqaviləsi üzrə ödənişin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, xərc həmin hesabat dövrləri üzrə onun hesablanma qaydasına müvafiq şəkildə bölüşdürülür.

Deməli, cari ilin icarə xərci kimi avqust, sentyabr, oktyabr, noyabr və dekabr aylarına düşən icarə öhdəliyi gəlirdən çıxılacaq. Bu halda cari ilin gəlirdən çıxılan icarə xərcinin məbləği 20.000 manat olacaq:

4.000 x 5 = 20.000 manat.

Beləliklə, müəssisənin gəlirdən çıxılan xərcləri 135.000 manat olacaq: (45.000+70.000+20.000) = 135.000 manat.

Nəticə olaraq müəssisənin mənfəət vergisini hesablayaq:

Gəlir – 165.000 manat;

Gəlirdən çıxılan xərclər – 135.000 manat;

Mənfəət - 165000 – 13.5000 = 30.000 manat.

Mənfəət vergisi – 30.000 x 20% = 6.000 manat.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - artıq satışda

2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr)

3. A-dan Z-yə: Kargüzarlıq

4. Əmək Qanuvericiliyi Toplusu 2023

5. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - 22 yanvar 2024-cü il tarixdən satışda

6. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - 25 yanvar 2024-cü il tarixdən satışda

7. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - 1 fevral 2024-cü il tarixdən satışda

8. Əmək Bələdçisi - 2024 - 25 yanvar 2024-cü il tarixdən satışda

9. Əmək Platforması - 2024 - 1 fevral 2024-cü il tarixdən satışda

10.  Vergi Platforması - 2024 - 1 fevral 2024-cü il tarixdən satışda

11. Əməyin uçotu: A-dan Z-yə (IVnəşr)  1 fevral 2024-cü il tarixdən satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - 1 mart 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - 1 aprel 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər