Xəyal Feyzullayevin təqdimatında: Təsisçidən alınmış borc məbləğinin nağd şəkildə ödənilməsi

Təcrübədə təsisçilərin şirkətlərə müəyyən layihələr üçün borc verməsinə tez-tez rast gəlinir. Bəs təsisçidən alınmış həmin borc məbləği nağd şəkildə geri qaytarıla bilərmi? “vergiler.az”ın sualına vergi məsələləri üzrə mütəxəssis Xəyal Feyzullayev aydınlıq gətirir:

Nağd və nağdsız əməliyyatların limiti “Nağdsız hesablaşmalar haqqında” Qanuna əsasən tənzimlənir. Qanunun 3.3-cü maddəsinə əsasən, bu qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği 30 min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə 15 min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. Bu müddəaya əsaslanaraq, vergi orqanında vergi ödəyicisi kimi qeydiyyatda olmayan şəxslərə ay ərzində borc məbləğinin 15.000 və ya 30.000 manat hədd daxilində nağd şəkildə qaytarıla bilər.

Lakin qeyd olunan Qanunun 3.4.6-cı maddəsinə əsasən, borc verən təsisçi vergi orqanında vergi ödəyicisi kimi qeydiyyatdadırsa, həmin borc məbləği təsisçiyə yalnız nağdsız qaydada qaytarılmalıdır. Əgər bu əməliyyat pozularsa, o zaman Vergi Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq maliyyə sanksiyası tətbiq edilə bilər. Vergi Məcəlləsinin 58.7-1.6-cı maddəsində göstərilib ki, “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.4.6-cı maddəsinin tələblərini pozmaqla faizsiz pul vəsaitlərini (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla), digər ayırmaları nağd qaydada ödəyən və qəbul edən vergi ödəyicilərinə qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Misal 1: ƏDV ödəyicisi olmayan və 12 aylıq dövriyyəsi 200.000 manatdan az olan "A" MMC-nin təsisçisi VÖEN-i olmayan fiziki şəxsdir. Qeyd olunan təsisçi tərəfindən "A" MMC-yə 40.000 manat borc verilib. Belə olan halda, "A" MMC borc məbləğini borc verənə nağd şəkildə qaytara bilər. Lakin bu, hər ay üçün 15.000 manatdan çox olmamaqla mümkündür.

Misal 2: ƏDV ödəyicisi olan "A" MMC-nin təsisçisi VÖEN-i olmayan fiziki şəxsdir. Həmin təsisçi tərəfindən "A" MMC-yə 50.000 manat məbləğində borc verilib. Əgər "A" MMC tərəfindən borcun nağd şəkildə geri qaytarılması qərara alınsa, qaytarıla bilər. Lakin geri qaytarılan borcun məbləği aylıq 30.000 manatdan artıq olmamalıdır.

Misal 3: "A" MMC-nin təsisçisi VÖEN-i olan fiziki şəxsdir və bu təsisçi tərəfindən "A" MMC-yə 15.000 manat məbləğində borc verilib. Bu halda, "A" MMC tərəfindən alınan borc məbləği qeyd olunan təsisçiyə yalnız nağdsız qaydada qaytarıla bilər.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - artıq satışda

2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr)

3. A-dan Z-yə: Kargüzarlıq

4. Əmək Qanuvericiliyi Toplusu 2023

5. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - 22 yanvar 2024-cü il tarixdən satışda

6. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - 25 yanvar 2024-cü il tarixdən satışda

7. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - 1 fevral 2024-cü il tarixdən satışda

8. Əmək Bələdçisi - 2024 - 25 yanvar 2024-cü il tarixdən satışda

9. Əmək Platforması - 2024 - 1 fevral 2024-cü il tarixdən satışda

10.  Vergi Platforması - 2024 - 1 fevral 2024-cü il tarixdən satışda

11. Əməyin uçotu: A-dan Z-yə (IVnəşr)  1 fevral 2024-cü il tarixdən satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - 1 mart 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - 1 aprel 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər