Ölkədə sahibkarlığın inkişafı paralel olaraq mühasibat uçotunun inkişafına müsbət təsir göstərir.
Bu barədə "vergiler.az"a İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayev deyib.
Onun sözlərinə görə, hazırda bir sıra ölkələrdə beynəlxalq mühasibat standartlarının inkişaf etdirilməsinin əsas təkanverici qüvvəsi bazar iqtisadiyyatının, qiymətli kağızlar bazarının inkişafı və eyni zamanda sahibkarların mühasibat uçotuna əhəmiyyət vermələri ilə bağlıdır.
“Əlbəttə bu gün ölkəmizdə bir çox sahibkarlar maliyyə uçotunun nə dərəcədə vacib olduğunu tam anlamırlar. Bu, maarifləndirmə işlərinin davam etdirilməsini zəruri edir. Sahibkar mühasibi yalnız vergi hesabatları hazırlayan şəxs kimi tanımamalıdır. Sevindirici haldır ki, artıq bu sahədə müsbət tendensiya müşahidə olunur. Sahibkarlar tədricən maliyyə uçotuna əhəmiyyət verirlər. Son bir ildə sahibkarlar tərəfindən real mənfəət zərəri, real balans, vəsaitlərin hərəkəti haqqında məlumatların əldə edilməsi ilə bağlı sifarişlər daxil olur. Bu həqiqətən də sahibkarların maarifləndirilməsinə dəlalət edir”, - deyə R.Fətullayev qeyd edib.
0 Komment
Şərh yazın