Əvəz Quliyev nəzarət-kassa aparatının çeki və elektron alış aktı ilə bağlı ciddi dəyişiklikləri açıqladı

Əvəz Quliyev nəzarət-kassa aparatının çeki və elektron alış aktı ilə bağlı ciddi dəyişiklikləri açıqladı

2024-cü ilin 1 yanvar tarixindən qüvvəyə minməsi nəzərdə tutulan, hazırda Milli Məclisdə üç oxunuşdan keçən Vergi Məcəlləsində dəyişikliklər layihəsi sahibkarlıq mühitinin təşviqini, sosial xarakterli güzəştlərin tətbiqini və sahibkarlara daha innovativ inzibatçılıq alətlərindən istifadə imkanlarını ehtiva edir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəis müavini Əvəz Quliyev layihənin əsas istiqamətlərini “İqtisadi Zona” proqramına müsahibəsində açıqlayıb. 

- Xüsusi olaraq bunu qeyd etmək istəyirəm ki, vergi ödəyicilərinin aldıqları mal, iş və xidmətlər qanuna müvafiq olaraq, aidiyyəti sənədlərlə rəsmiləşdirilməlidir. Son dövrlərdə tətbiq olunan və qanunvericilikdə nəzərdə tutulan vergi orqanında uçotda olmayan şəxsdən alınan mallar alış aktları ilə, eyni zamanda elektron alış aktları vasitəsilə rəsmiləşdirilir. Bu sahədə də müvafiq tənzimlənmə aparılır və elektron alış aktı ilə rəsmiləşdiriləcək xərclərin müəyyən hissəsinin gəlirdən çıxılan xərclər kimi tanınması nəzərdə tutulur. Burada xərctanınma prosesində müəyyən optimallaşmalara gedilir.

Onu da qeyd edim ki, indiyədək nəzarət-kassa aparatının çeki ilə olan xərclərin gəlirdən çıxılan xərclərə aid edilməsi nəzərdə tutulmurdu. Daha doğrusu, nəzarət-kassa aparatının çekləri xərcləri təsdiq edən sənəd hesab olunmurdu. Lakin bu ildən başlayaraq, nəzarət-kassa aparatı ilə alınacaq malların müəyyən bir hissəsinin vergi ödəyicisinin gəlirdən çıxılan xərclərinə aid edilməsi nəzərdə tutulur.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - II nəşr Test və tapşırıqlar toplusu - 2023-cü ilin sentyabr ayında dərc olunub (satışı bitib)

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  (satışı bitib)

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 (satışı bitib)

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023 (satışı bitib)

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023 

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023 (satışı bitib)

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022  (satışı bitib)

0 Komment

    Şərh yazın

    Xəbərlər