Mikro sahibkarlıq subyekti olan fiziki şəxslər üçün MÜSBƏT DƏYİŞİKLİK təklifi

Mikro sahibkarlıq subyekti olan fiziki şəxslər üçün MÜSBƏT DƏYİŞİKLİK təklifi

Mks.az saytının təqdimatında: 1 yanvar 2024-cü il tarixdən Vergi Məcəlləsində gözlənilən dəyişikliklərin izahı

Mks.az saytı Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərlə bağlı silsilə yazıları təqdim etmək ənənəsinə yenə də sadiq qalır.

1 yanvar 2024-cü ildən Vergi Məcəlləsində təklif edilən dəyişikliklərdə mikro sahibkarlıq subyekti olan fiziki şəxslər tərəfindən özlərinə görə ödədikləri illik məcburi dövlət sosial sığorta haqqı məbləği ilə bağlı güzəştlər nəzərdə tutulur.

Vergi Məcəlləsinin “İlin yekunlarına görə verginin ödənilməsi” adlı 152-ci maddəsinə təklif edilən əlavəyə əsasən, gəlir vergisinin ödəyicisi kimi fəaliyyət göstərən mikro sahibkarlıq subyekti olan fiziki şəxslər tərəfindən özlərinə görə ödədikləri illik məcburi dövlət sosial sığorta haqqı məbləğinin 25 faizi 2024-cü il yanvarın 1-dən 3 il müddətinə vergi ödəyicisinin təqvim ilinin yekunlarına görə hesablanmış və əvvəlki illərin zərəri çıxılmaqla ödənilməli olan gəlir vergisi öhdəliyindən (həmin öhdəliklərin məbləğindən çox olmamaqla) çıxılır.

Təklif edilən layihədə eyni yanaşma sadələşdirilmiş verginin ödəyicisi kimi fəaliyyət göstərən mikro sahibkarlıq subyekti olan fiziki şəxslər üçün təklif edilir.

Vergi Məcəlləsinə əlavə edilməsi təklif edilən 221.1-1-ci maddəyə əsasən, Sadələşdirilmiş verginin ödəyicisi kimi fəaliyyət göstərən mikro sahibkarlıq subyekti olan fiziki şəxslər tərəfindən özlərinə görə ödədiyi rüblük məcburi dövlət sosial sığorta haqqı məbləğinin 25 faizi 2024-cü il yanvarın 1-dən 3 il müddətinə vergi ödəyicisinin rüb ərzində hesablanmış sadələşdirilmiş vergi öhdəliyindən (həmin öhdəliklərin məbləğindən çox olmamaqla) çıxılır.

İndi isə təklif edilən dəyişiklikləri misalla izah edək.

Misal. Vergi ödəyicisi 2024-cü ildə 6 ay Bakı şəhərində fəaliyyət göstərdiyi üçün 517.50 manat ( 345 manat (minimum əmək haqqı) x 25 faiz x 6 ay) məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəyib. 2024-cü ilin nəticələrinə əsasən vergi ödəyicisinin illik gəlir vergisi 1 000 manat olub. Dəyişiklik təsdiq olunarsa, o zaman vergi ödəyicisinin illik gəlir vergisindən 129,38 manat (517,50 manat (hesablanmış məcburi dövlət sosial sığorta haqqı)  x 25 faiz (güzəşt məbləği)) məbləğində azalma tətbiq ediləcək.

Qeyd edək ki, təklif edilən dəyişiklikdə mikro sahibkarlıq subyekti olan fərdi sahibkarlara məcburi dövlət sosial sığorta haqqı məbləğinin 25 faizi məbləğində güzəştin 3 il müddətinə verilməsi təklif edilir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - II nəşr Test və tapşırıqlar toplusu - 2023-cü ilin sentyabr ayında dərc olunub

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Xəbərlər