Nicat İmanov: “Dəyişiklik sahibkarların mikrodan kiçiyə keçmək üçün fəaliyyət göstərməsinə dəstək olacaq”

Nicat İmanov: “Dəyişiklik sahibkarların mikrodan kiçiyə keçmək üçün fəaliyyət göstərməsinə dəstək olacaq”

Azərbaycanda qəbul edilməsi gözlənilən “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinə əsasən mikrosahibkarlıq subyekti olan fiziki şəxslərin ödədiyi sosial sığorta haqlarının vergi yolu ilə subsidiyalaşdırılması nəzərdə tutulur. 
“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Dövlət Vergi Xidmətinin baş idarə rəisi Nicat İmanov deyib. 
“Bu da çox əhəmiyyətli tədbirdir. Mikrosahibkarlarla keçirdiyimiz çoxsaylı görüşlərdə bildirilir ki, onların hələ qazanc əldə edənə qədər sosial sığorta haqları öhdəliklərinin olması əlavə maliyyə yükü yaradır. Bunun 25 % -nin vergi yolu ilə subsidiyalaşdırılmasını nəzərdə tuturuq. Bu da mikrosahibkar subyektlərə, onların dayanıqlılığı baxımından və mikrodan kiçiyə keçmək üçün fəaliyyət göstərməsinə dəstək olacaq”, - deyə N.İmanov əlavə edib.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - II nəşr Test və tapşırıqlar toplusu - 2023-cü ilin sentyabr ayında dərc olunub

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər