Kənd təsərrüfatı məhsullarının satışının ƏDV-yə cəlb edilməsi köhnə qayda ilə olacaq? (10-cu yazı)

Kənd təsərrüfatı məhsullarının satışının ƏDV-yə cəlb edilməsi köhnə qayda ilə olacaq? (10-cu yazı)

Mks.az saytının təqdimatında: 1 yanvar 2024-cü il tarixdən Vergi Məcəlləsində gözlənilən dəyişikliklərin izahı

Mks.az saytı Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərlə bağlı silsilə yazıları təqdim etmək ənənəsinə yenə də sadiq qalır.

Vergi Məcəlləsinə əlavə kimi təklif edilən 175.13-cü maddəyə əsasən, bu Məcəllənin 175.12-ci maddəsinin müddəalarından asılı olmayaraq idxal edilmiş kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan vergi ödəyiciləri idxal etdikləri kənd təsərrüfatı məhsullarına görə ödənilmiş ƏDV-ni əvəzləşdirmək və həmin məhsulların təqdim edilməsi zamanı ƏDV-ni əməliyyatın tam dəyərindən hesablamaq hüququna malikdirlər. Bu məqsədlə həmin şəxslər öz seçimləri barədə 2024-cü il yanvarın 1-dən kənd təsərrüfatı məhsullarını idxal edəcəkləri tarixədək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş məlumat formasını uçotda olduğu vergi orqanına təqdim etməlidirlər. Vergi ödəyicisi məlumat formasını qeyd edilən müddətdə təqdim etmədikdə bu Məcəllənin 175.12-ci maddəsinin müddəaları tətbiq olunur. Vergi ödəyicisinin bu maddə ilə müəyyən edilmiş seçimi il ərzində dəyişdirilmir.

Təklif edilən dəyişiklik qəbul olunarsa, 1 yanvar 2024-cü ildən kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan vergi ödəyicilərinə iki seçim imkanı veriləcək.

Birinci variant odur ki, idxal edilmiş kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan vergi ödəyiciləri idxal etdikləri kənd təsərrüfatı məhsullarına görə ödənilmiş ƏDV-ni əvəzləşdirmək hüququna malik olacaq.

Misal 1. Vergi ödəyicisi 2024-cü il tarixdə idxal etdiyi kənd təsərrüfatı məhsullarına görə 5 000 manat məbləğində ƏDV-ni idxalda ödəyib. Təklif edilən dəyişikliyə əsasən, vergi ödəyicisinə həmin ƏDV-ni əvəzləşdirmək hüququ verilməsi gözlənilir. Yəni idxalda ödənilən ƏDV məbləğinin malın dəyərinə aid edilməsinin mütləq tələb olmaması təklif edilir.

Misal 2. Vergi ödəyicisi 2024-cü il tarixdə idxal etdiyi kənd təsərrüfatı məhsullarına görə 5 000 manat məbləğində ƏDV-ni idxalda ödəyib. Dəyişiklik qəbul olunarsa, bu halda vergi ödəyicisinin hüququ yaranacaq ki, həmin ƏDV məbləğini malın dəyərinə aid etsin.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - II nəşr Test və tapşırıqlar toplusu - 2023-cü ilin sentyabr ayında dərc olunub

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Xəbərlər