Vergi ödəyicisi qarşı tərəfin riskli vergi ödəyicisi olmasını gələcəkdə özü araşdıracaq? (9-cu yazı)

Vergi ödəyicisi qarşı tərəfin riskli vergi ödəyicisi olmasını gələcəkdə özü araşdıracaq? (9-cu yazı)

Mks.az saytının təqdimatında: 1 yanvar 2024-cü il tarixdən Vergi Məcəlləsində gözlənilən dəyişikliklərin izahı

Mks.az saytı Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərlə bağlı silsilə yazıları təqdim etmək ənənəsinə yenə də sadiq qalır.

Vergi Məcəlləsinə əlavə olaraq təklif edilən 16.1.11-14-cü maddəyə əsasən, təsərrüfat əməliyyatları aparılan zaman malları (işləri, xidmətləri) ona təqdim edən vergi ödəyicilərinin işgüzar nüfuzunun, maliyyə vəziyyətinin, qanuni sahibliyində müvafiq malların mövcudluğunun, habelə iş və xidmətlərin təqdim edilməsi üçün müvafiq işçi və digər resurslara, bilik və bacarığa malik olmasının yoxlanılması məqsədilə həmin vergi ödəyicilərindən müvafiq təsdiqedici sənədlər əldə etmək vergi ödəyicisinin hüquqlarına aid edilməsi təklif edilir.

Vergi orqanı son dövrlərdə bəzi vergi ödəyicilərinin əməliyyat apardığı şəxslərin riskli vergi ödəyicisi olmasını əsas götürərək, onların gəlirdən çıxılan xərclərinə və ƏDV-nin əvəzləşdirilməsinə məhdudiyyətlər tətbiq edirdi. Bu halla bağlı bəzi vergi ödəyiciləri etiraz edirdilər ki, qarşı tərəfin riskli vergi ödəyicisi olmasını necə müəyyən edə bilərik.

Təklif edilən dəyişikliyə əsasən, vergi ödəyici qarşı tərəfdən onun fəaliyyət ilə bağlı təsdiqedici sənədlər tələb edə bilər.

Misal 1. Vergi ödəyicisi ona dəftərxana ləvazimatları təqdim edən qarşı tərəfdən həmin malların sahibliyində mövcudluğu ilə bağlı müvafiq təsdiqedici sənədlər tələb edə bilər.

Misal 2. Vergi ödəyicisi ona informasiya texnologiya üzrə xidmət göstərən qarşı tərəfdən həmin xidmətlərin təqdim edilməsi üçün müvafiq işçi və digər resurslara malik olması ilə bağlı müvafiq təsdiqedici sənədlər tələb edə bilər.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - II nəşr Test və tapşırıqlar toplusu - 2023-cü ilin sentyabr ayında dərc olunub

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Xəbərlər