Əyləncə xərclərinin gəlirdən çıxılmasına icazə veriləcək? (7-ci yazı)

Əyləncə xərclərinin gəlirdən çıxılmasına icazə veriləcək? (7-ci yazı)

Mks. az saytının təqdimatında: 1 yanvar 2024-cü il tarixdən Vergi Məcəlləsində gözlənilən dəyişikliklərin izahı

Mks.az saytı Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərlə bağlı silsilə yazıları təqdim etmək ənənəsinə yenə də sadiq qalır.

Vergi Məcəlləsinin 109.3-cü maddəsinə əsasən, əyləncə və yemək xərclərinin (müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar daxilində müalicə-profilaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf olunan xərclər, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərcləri istisna olmaqla), habelə işçilərin mənzil və digər sosial xarakterli xərclərinin gəlirdən çıxılmasına yol verilmir.

1 yanvar 2024-cü il tarixdən Vergi Məcəlləsinin 109.3-cü maddəsinin aşağıdakı redaksiyada təsdiqi təklif olunur:

“109.3.   Bu Məcəllənin 119.2-ci maddəsində nəzərdə tutulmuş xərclər istisna olmaqla, işçilərin və onların ailə üzvlərinin sosial xarakterli xərclərinin və əyləncə xərclərinin gəlirdən çıxılmasına yol verilmir.”

Göründüyü kimi, layihədə Vergi Məcəlləsinin 119.2-ci maddəsində nəzərdə tutulmuş xərclərin istisnası təklif olunur.

Qanun layihəsində təklif edilən 119.2-ci maddəyə əsasən, nümayəndəlik xərclərinin, işçilərlə bağlı mənzil və yemək xərclərinin, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan digər məhsullar və vasitələrlə bağlı xərclərin gəlirdən çıxılması normaları və qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.

Göründüyü kimi, nümayəndəlik xərcləri, eyni zamanda, işçilərlə bağlı mənzil və yemək xərcləri ilə bağlı qaydalar hazırlanması gözlənilir. Təklif edilir ki, qaydalar təsdiq olunduqdan sonra vergi ödəyicisi tələblərə uyğun şəkildə əyləncə xərcini gəlirdən çıxmaq hüququna malik olsun.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - II nəşr Test və tapşırıqlar toplusu - 2023-cü ilin sentyabr ayında dərc olunub

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Xəbərlər