Teymur Tuncayın mikro sahibkarlıq subyektlərinin 75 faizlik güzəşti ilə bağlı təklif edilən dəyişikliyə reaksiyası

Teymur Tuncayın mikro sahibkarlıq subyektlərinin 75 faizlik güzəşti ilə bağlı təklif edilən dəyişikliyə reaksiyası

"Amma dəyişiklik bu formada təsdiq olunarsa qurunun oduna yaş da yanacaq."

Tanınmış vergi mütəxəssisi və peşəkar təlimçi Teymur Tuncay sosial şəbəkədə hesabında dəyişikliyi şərh edib: "Mətbuatda yayılmış xəbərlərə görə Vergi Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisə təqdim olunub. Maraqlı dəyişikliklərdən biri mikro sahibkarlıq subyektlərinə vergi güzəşti ilə bağlıdır. Belə ki, Məcəllənin 102.1.30 və 106.1.20-ci maddələrinə əsasən mikro sahibkarlıq subyektlərinin vergiyə cəlb olunan gəlirlərinin (mənfəətlərinin) 75 faizi gəlir və xərclərin uçotunun aparılması şərti ilə vergidən azaddır. Növbəti ildən qeyd edilən maddələrə bir şərt daha əlavə olunacaq. Belə ki, 75 faiz güzəştin tətbiq edilməsi üçün "mikro sahibkarların" orta aylıq işçi sayının 3 nəfərdən az olmaması nəzərdə tutulur. Dəyişikliyə rəvac verən səbəb bəllidir - bir sıra vergi ödəyiciləri "mikro sahibkarlar" vasitəsilə "xərc yaradaraq" mənfəətlərini, beləliklə də mənfəət vergilərini minimallaşdırırlar. Amma dəyişiklik bu formada təsdiq olunarsa qurunun oduna yaş da yanacaq. Bir sıra sahələrdə fəaliyyət göstərən fərdi sahibkarlar əziyyət çəkəcəklər. Məsələn, işçi cəlb etmədən və ya 1-2 nəfər işçi ilə IT, dizayn, təlim xidmətləri göstərən şəxslər el arasında "5 faiz" vergisi deyilən anlayışla vidalaşıb gəlir (mənfəət) vergilərini güzəşt tətbiq edilmədən birbaşa 20 faiz dərəcə ilə ödəyəcəklər. Çıxış yolu olaraq isə həmin şəxslər əlavə işçi işə götürəcəklər, arvad-uşağın, dost-tanışın "adına" əmək müqaviləsi yazacaqlar. 2024-də "Ötən illə müqayisədə əmək müqavilələrinin sayı kəskin artıb" məzmunlu xəbərlər oxusanız təəccüb etməyin, yəni."

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - II nəşr Test və tapşırıqlar toplusu - 2023-cü ilin sentyabr ayında dərc olunub

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Xəbərlər