ƏDV depozit hesabına vəsaitin daxil olması vergi tutulan əməliyyat vaxtı hesab ediləcək? (3-cü yazı)

ƏDV depozit hesabına vəsaitin daxil olması vergi tutulan əməliyyat vaxtı hesab ediləcək? (3-cü yazı)

Mks. az saytının təqdimatında: 1 yanvar 2024-cü il tarixdən Vergi Məcəlləsində edilməsi təklif edilən dəyişikliklərin izahı

Mks.az saytı Vergi Məcəlləsində təklif edilən dəyişikliklərlə bağlı silsilə yazıları təqdim etmək ənənəsinə bu il də davam edir.

Təklif edilən dəyişikliyə əsasən, Vergi Məcələsinin 166.7-ci maddəsinə “və ya ƏDV məbləğinin” sözünün əlavə edilməsi nəzərdə tutulur. Dəyişikliklər təsdiq olunduğu halda, Vergi Məcəlləsinin 166.7-ci maddəsi aşağıdakı halda tətbiq ediləcək:

166.7. Bu maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin və ya ƏDV məbləğinin ödənilməsi nəzərdə tutulur.

Təklif edilən dəyişikliyi misalla izah edək:

Misal. 2024-cü ilin yanvar ayında vergi ödəyicisi qarşı tərəfə 1 000 manat (ƏDV-siz) məbləğində mal təqdim edib. Qarşı tərəf yanvar ayında 180 manat ƏDV məbləğini, fevral ayında isə 1 000 manat məbləğində malların dəyəri üçün ödənişi həyata keçirilib. Cari vergi qanunvericiliyinə əsasən, vergi tutulan əməliyyatın vaxtı  malın dəyərinin ödənildiyi yəni fevral ayı əsas götürülür. Vergi Məcəlləsində təklif edilən dəyişiklik təsdiq edilərsə, vergi tutulan əməliyyatın vaxtı fevral ayı yox, ƏDV məbləğinin daxil olduğu dövr yəni yanvar ayı əsas götürüləcək.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - II nəşr Test və tapşırıqlar toplusu - 2023-cü ilin sentyabr ayında dərc olunub

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

1 Komment

  1. Vüsalə 21 Noyabr 2023

    Salam. Bəs əgər ödəniş eyni vaxtda olsa, amma əsas çox ədv az ödənilsə (və ya əksinə) o zaman ədv hesablanması üçün hansı məbləğ əsas götürüləcək?

Şərh yazın

Xəbərlər