Avans ödəmələr üçün yeni elektron qaimə-faktura təqdim olunacaq? (2-ci yazı)

Avans ödəmələr üçün yeni elektron qaimə-faktura təqdim olunacaq? (2-ci yazı)

Mks. az saytının təqdimatında: 1 yanvar 2024-cü il tarixdən Vergi Məcəlləsində edilməsi təklif edilən dəyişikliklərin izahı

Mks.az saytı Vergi Məcəlləsində təklif edilən dəyişikliklərlə bağlı silsilə yazıları təqdim etmək ənənəsinə bu il də davam etdirəcək.

2024-cü ildən ilk dəfə olaraq tətbiqi gözlənilən yeni elektron qaimə faktura haqqında məlumat vermək istəyirik. Vergi Məcəlləsində təklif edilən dəyişiklik layihəsinə əsasən, Vergi Məcəlləsinə 71-1.5.12-ci maddəsi əlavə edilməsi gözlənilir:

  • 71-1.5.12. alınmış avanslar barədə.

Avans barədə elektron qaimə-fakturanın göndərilmə vaxtına gəlincə isə, Vergi Məcəlləsinə 71-1.1.5-ci maddə əlavə edilməsi təklif edilir:

  • 71-1.1.5. Bu Məcəllənin 71-1.5.12-ci maddəsində nəzərdə tutulmuş halda – avansın alındığı gün.

İndi isə dəyişikliyi misalla izah edək:

Misal. Vergi ödəyicisi 2024-cü ilin yanvar ayında qarşı tərəfə 30 000 manat məbləğində avans ödəmək istəyir. Dəyişikliklər təsdiq olduğu halda, avans alacaq şəxs  mütləq olaraq qarşı tərəfə elektron qaimə-faktura göndərilməlidir. Qeyd edək ki, cari Vergi Məcəlləsinin tələblərinə əsasən, avans zamanı elektron qaimə-fakturanın təqdim edilməsi nəzərdə tutulmayıb.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - II nəşr Test və tapşırıqlar toplusu - 2023-cü ilin sentyabr ayında dərc olunub

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Xəbərlər