Mikro sahibkarlıq subyektlərinə tətbiq edilən 75 faiz güzəşt tam ləğv olunacaq? (1-ci yazı)

Mikro sahibkarlıq subyektlərinə tətbiq edilən 75 faiz güzəşt tam ləğv olunacaq? (1-ci yazı)

Mks. az saytının təqdimatında: 1 yanvar 2024-cü il tarixdən Vergi Məcəlləsində edilməsi təklif edilən dəyişikliklərin izahı

Mks.az saytı Vergi Məcəlləsində təklif edilən dəyişikliklərlə bağlı silsilə yazıları təqdim etmək ənənəsinə bu il də davam edir.

İlk yazımızda fikrimicə Vergi Məcəlləsində təklif edilən dəyişikliklər arasında ən çox müzakirə ediləcək məsələlərdən biridir. Vergi Məcəlləsinin  102.1.30-cu və 106.1.20-ci maddələrində müvafiq oalraq mikro sahibkar olan fiziki və hüquqi şəxslərə tətbiq edilən 75 faizlik güzəştin tətbiq olunması şərtləri ağırlaşdırılması təklif edilir.

Qeyd etdiyimiz maddəyə təklif edilən dəyişikliyə əsasən,  müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan həmçinin məcburi dövlət sosial sığorta haqqları üzrə borcu olmayan mikro sahibkar olan hüquqi və fiziki şəxslər sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirlərin 75 faizi qədər güzəştə malik olmalıdır.

Misal 1. 2024-cü ildən informasiya texnologiyalari sahəsində xidmət göstərən fərdi sahibkarın hər hansı işçisi olmayıb. Vergi ödəyicisinin yekun gəliri 20 000 manat olub, mövcud qanunvericiliyə əsasən, Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan fərdi sahbkarın gəlir vergisi 1 000 manat (20 000 manat (gəlir) x 20 faiz (gəlir vergisinin dərəcəsi) x 25 faiz (75 faiz güzəşt nəzərə alınmaqla)) hesablayırdısa, təklif edilən dəyişikliklər təsdiq edildiyi halda 4 000 manat (20 000 manat (gəlir) x 20 faiz (gəlir vergisinin dərəcəsi) məbləğində gəlir vergisi ödəməli olacaqlar.

Misal 2. 2024-cü ildə konsaltinq xidməti göstərən hüquqi şəxs 2024-cü il tarixdə illik gəliri 40 000 manat olub. Hüquqi şəxsi il ərzində işçi sayı 2 nəfər olub. Dəyişiklik təsdiq olduğu halda vergi ödəyicisi 2 000 manat (40 000 manat (gəlir) x 20 faiz (gəlir vergisinin dərəcəsi) x 25 faiz (75 faiz güzəşt nəzərə alınmaqla)) yox, 8 000 manat ((40 000 manat (gəlir) x 20 faiz (gəlir vergisinin dərəcəsi)) ödəməli olacaq.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - II nəşr Test və tapşırıqlar toplusu - 2023-cü ilin sentyabr ayında dərc olunub

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Xəbərlər