Rəşad Məmmədovun təqdimatında: Həm yeganə təsisçi, həm də direktor olan şəxslə əmək müqaviləsi bağlanılmalıdır?

Rəşad Məmmədovun təqdimatında: Həm yeganə təsisçi, həm də direktor olan şəxslə əmək müqaviləsi bağlanılmalıdır?

“vergiler.az”ın sualına maliyyə və vergi məsələləri üzrə ekspert Rəşad Məmmədov aydınlıq gətirir.

Əgər müəssisənin direktoru həm də müəssisənin yeganə təsisçisidirsə, onunla əmək münasibətləri əmək müqaviləsi ilə deyil, cəmiyyətin yeganə iştirakçısının qərarı ilə rəsmiləşdirilərək bağlanılmalıdır.
Belə ki, Əmək Məcəlləsində "İşçi" və "İşəgötürən" anlayışlarının izahı verilib: işçi işəgötürənlə əmək münasibətlərində iştirak edən tərəfdir, işəgötürən isə işçi ilə əmək münasibətlərində iştirak edən hüquqi və ya fiziki şəxsdir. Tərəflərdən biri olmadıqda əmək müqaviləsi bağlanıla bilməz.

Bir qayda olaraq, əgər müəssisənin direktoru həm də müəssisənin yeganə təsisçisidirsə (yəni əmək müqaviləsində tərəflərdən biri mövcud deyil), o zaman o özü ilə əmək müqaviləsi bağlaya bilməz. Əgər əmək müqaviləsi bağlanmırsa, deməli işçiyə, yəni direktora da əməkhaqqı hesablana bilməz. Əgər direktora əməkhaqqı şəklində pul verilirsə (əməkhaqqı xərci, ezamiyyə xərci, mükafat və s.), bu pul müəssisənin xərci hesab oluna bilməz. Həmin vəsait təsisçinin şəxsi xərci hesab olunmalıdır.

Satışda olan YENİ nəşrlərimiz:

0 Komment

    Şərh yazın

    Xəbərlər