Vergi ödəyicisi ödənişi tam olaraq həyata keçirsə də, bölgünü fərqli apararsa, ƏDV necə əvəzləşdiriləcək?

Vergi ödəyicisi ödənişi tam olaraq həyata keçirsə də, bölgünü fərqli apararsa, ƏDV necə əvəzləşdiriləcək?

Satışı davam edən "Vergi uçotu: A-dan Z-yə" (VII nəşr) kitabından seçmə

Mümkündür ki, vergi ödəyicisi qarşı tərəfin təqdim etdiyi elektron qaimə-faktura üzrə ödənişlərin bölgüsünü fərqli həyata keçirsin.
Misal 1. ƏDV ödəyicisi qarşı tərəfin təqdim etdiyi 11 800 manatlıq  (ƏDV daxil) elektron qaimə-faktura üzrə ödənişin 9 800 manatını əsas məbləğ olaraq bank hesabına, 2000 manatı isə ƏDV depozit hesabına ödəyib. Amma qaydalara uyğun olaraq 10 000 manat əsas hesaba, 1 800 manat isə ƏDV depozit hesabına ödənilməli idi. Bu halda vergi ödəyicisi artıq 10 000 manatın yox, 9 800 manatın ƏDV-sini əvəzləşdirə biləcək. 
Misal 2. ƏDV ödəyicisi qarşı tərəfin təqdim etdiyi 11 800 manatlıq  (ƏDV daxil) elektron qaimə-faktura üzrə ödənişin 11 000 manatını əsas məbləğ olaraq bank hesabına, 800 manatı isə ƏDV depozit hesabına ödəyib. Bu halda artıq 800 manatlıq ƏDV-yə uyğun əsas məbləğ, yəni  4 444,44 manat (800 manat (ƏDV)/0.18 əmsal(əsas məbləği müəyyənləşdirən əmsal)) əvəzləşdirilə biləcək.
Çünki hər iki misal üzrə ƏDV-nin əvəzləşdirilməsi zamanı əsas məbləğ və ona mütənasib ƏDV-nin əvəzləşdirilməsi əsas götürülür.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]

1. Vergi uçotu A-dan-Z-yə

2. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

3. Əmək Qanunvericiliyi Toplusu 2023

4. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

5. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

6. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

7. Mühasibat uçotu 2022

8. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Xəbərlər