Vergi ödəyicisi qarşı tərəfə avans ödədikdə ƏDV məbləğini mütləq depozit hesabından ödəməlidir?

Vergi ödəyicisi qarşı tərəfə avans ödədikdə ƏDV məbləğini mütləq depozit hesabından ödəməlidir?

Satışı davam edən "Vergi uçotu: A-dan Z-yə" (VII nəşr) kitabından seçmə

Vergi Məcəlləsinin 166.6-cı maddəsinə əsasən, ödəmə malların (işlərin, xidmətlərin) təqdim edilməsinədək həyata keçirildikdə, vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır. 
Maddənin tələblərindən göründüyü kimi, avans ödəniş həyata keçirildikdə, avans ödənilən şəxs həmin məbləğin ƏDV-sini bəyan etməlidir. Maraqlıdır ki, avans ödəyən şəxsin ƏDV-ni ödəməsi üçün hər hansı tələb mövcud olmadıqda vergi ödəyicisi depozit hesabından avans ödənişi həyata keçirməlidir.
Misal. Vergi ödəyicisi qarşı tərəfə 10 000 manat avans ödəyir. Qarşı tərəf vergi ödəyicisinə bildirir ki, avans ödənişi həyata keçirildiyi üçün ƏDV bəyan etmək öhdəliyi yarandığından ƏDV depozit hesabında vəsait çatışmazlığı yaranıb. Vergi ödəyicisi qarşı tərəfinə hesabına ƏDV depozit hesabından 1 800 manat (10 000 manat x 18 faiz) məbləğində ƏDV məbləği ödəyə bilər. Vergi qanunvericiliyi ƏDV depozit hesabından avans ödənilməsinə hər hansı məhdudiyyət nəzərdə tutmur. 

0 Komment

    Şərh yazın

    Xəbərlər