DTA-05 formasının DTA-03 formasından hansı fərqləri var?

DTA-05 formasının DTA-03 formasından hansı fərqləri var?

Satışı davam edən "Vergi uçotu: A-dan Z-yə" (VII nəşr) kitabından seçmə

Qeyd etdiyimiz kimi təcrübədə ən çox tətbiq edilən formalar DTA-03-lə DTA-05-dir. DTA 03 forması ilə ilə bağlı müraciət zamanı vergi ödəyicisi verginin tam güzəşt edilməsini və ya qismən azadılmasını vergi orqanından xahiş edə bilər. DTA-05 formasında isə artıq qeyri-rezidentlə bağlı ödənilən verginin geri qaytarılması üçün müraciət edilir. Vergi Məcəlləsinin 149.6-ci maddəsində qeyd edilir ki,  Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan, bu Məcəllənin 125.1.3-cü, 125.1.4-cü, 125.1.5-ci və ya 125.1.7-ci maddələrinə müvafiq qaydada ödəmə mənbəyində vergi tutulan gəlir əldə edən qeyri-rezident vergi ödəyicisi bu cür gəlir haqqında bəyannamə verməklə tutulmuş verginin qaytarılması tələbini irəli sürə bilər. Bu cür bəyannamə bu Məcəllənin 149.2-ci maddəsinin birinci cümləsində müəyyən edilən müddətlərdə verilməlidir. Belə vergi ödəyicisindən Azərbaycan Respublikasında vergi ödəyicisinin daimi nümayəndəliyinin gəliri kimi bu Məcəllənin 105.1-ci maddəsində müəyyən edilən dərəcə ilə vergi tutulur, vergi ödəyicisinin gəlir əldə edilməsi ilə bağlı olan xərci isə daimi nümayəndəliyin xərcində olduğu kimi gəlirdən çıxılmalıdır, bu şərtlə ki, vergi bu Məcəllənin 125-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində tutulan verginin məbləğindən artıq olmasın.
Vergi orqanının DTA-05 forması ilə bağlı izahedici mövqeyində yazılır:
“DTA-05 forması uzrə:
- Yalnız gəlir odəyən şəxslər (vergi agentləri) qeyri-rezidentdən etibarnamə almadan muvafiq vergi orqanına muraciət edə bilərlər;
- Qeyri-rezidentlər tərəfindən təqdim olunan rezidentlik sertifikatını muvafiq qaydada həmin sertifikatı təqdim edən muvafiq qurumun rəsmi internet səhifəsindən yoxlamaq imkanı olduğu təqdirdə (QR kod, identifikasiya nomrəsi), həmin sertifikatlar gerbli mohur və ya apostil və ya
leqallaşdırma və Azərbaycan dilinə muvafiq tərcumə olmadan vergi orqanları tərəfindən tanınırlar;
- Ərizə formasına əlavə olaraq təqdim olunmuş muqavilə, onun əlavəsi, təhvil-təslim aktları və invoyslar ingilis və ya rus dilində olduğu təqdirdə, onların Azərbaycan dilində olan tərcuməsini vergi orqanına təqdim etmək tələb olunmur;
- DTA-05 formasının vergi orqanı tərəfindən araşdırılması zamanı qeyrirezidentə odənilməli olan məbləğin tam şəkildə odənilməsi təsdiqlənərsə və artıq odənilmiş (tutulmuş) vergilər, gəlir odəyən şəxsin (vergi odəyicisinin) muvafiq dovr uzrə təqdim etdiyi mənfəət (gəlir) vergisi bəyannaməsində vergi orqanı tərəfindən xərclərdə nəzərə alınmışdırsa, DTA-05 formasının təsdiq olunması məqbul hesab olunmur.”
Mİsal. Vergi ödəyicisi vergi orqanına DTA-05 formasında müraciət edərək qeyri-rezidentə hesablanan xidmət haqqı zamanı ödəmə mənbəyində tutulan verginin həmin şəxsə qaytarılması xahiş edir. Vergi orqanı təqdim olunan sənədlərdən müəyyən edir ki, müqavilə üzrə nəzərdə tutulan məbləğin tam ödənişi həyata keçirilib. Vergi orqanı ödəmə mənbəyində tutulan verginnin qeyri-rezidentə qaytarılmasını müsbət cavablandırmasa, ödənilən vergi məbləğinin digər vergi öhdəlikləri ilə əvəzləşdirilməsinə icazə verə bilər.
Vergi orqanının bildirişinin təxmini məzmununu təqdim edirik:

0 Komment

    Şərh yazın

    Xəbərlər