Vergi orqanı hansı məbləğdən yuxarı malları təqdim edən vətəndaşı məcburi vergi uçotuna alır?

Vergi orqanı hansı məbləğdən yuxarı malları təqdim edən vətəndaşı məcburi vergi uçotuna alır?

Maraqlıdır, vergi orqanı tərəfindən elektron alış aktı ilə hansısa minimal məbləğ müəyyən edilib ki, həmin məbləğdən sonra vətəndaş vergi uçotuna alınsın. Suala konkret cavab vermək çətin olsa da, məsələ ilə bağlı konkret misalları həmkarlarımıza təqdim edirik.
Mİsal 1. Vətəndaş hər ay 2 000 manat civarında metal qırıntısını vergi ödəyicisinə təqdim edir və proses elektron alış aktı ilə rəsmiləşdirilir. Bu halda, adətən vergi orqanı tərəfindən həmin şəxslə bağlı hər hansı araşdırma aparılmır.
Mİsal 2. Vətəndaş bir dəfə olmaqla 100 00 manat məbləğində metal qırıntısını vergi ödəyicisinə təqdim edib. Bu halda vergi orqanı həmin vətəndaşın vergi uçotuna alınması ilə bağlı prosesi həyata keçirə bilər.
Vətəndaşın təqdim etdiyi malların dəyəri və ya prosesin müntəzəm olması kimi hallar nəzərə alına bilər. Vergi orqanının yanaşması odur ki, vətəndaşın təqdim etdiyi malların sayı və (və ya) məbləği ağlabatan olmalıdır.

0 Komment

    Şərh yazın

    Xəbərlər