"Vergi uçotu: A-dan Z-yə"nin VII nəşrində məzmun etibarı ilə vacib, praktiki baxımdan çox əhəmiyyətli dəyişikliklər nəzərdə tutulub

"Vergi uçotu: A-dan Z-yə"nin VII nəşrində məzmun etibarı ilə vacib, praktiki baxımdan çox əhəmiyyətli dəyişikliklər nəzərdə tutulub

Dəyərli həmkarlarımız!
"MKS Academy" MMC-nin ən çox sevilən nəşrlərindən olan "Vergi uçotu: A-dan Z-yə" kitabının 7-ci nəşri ilə bağlı etdiyiniz çoxsaylı müraciətləri nəzərə alaraq nəşrin gecikməsi ilə bağlı bir açıqlama yaymağı vacib saydıq.
"Vergi uçotu: A-dan Z-yə"nin VII nəşrində məzmun etibarı ilə vacib, praktiki baxımdan çox əhəmiyyətli dəyişikliklər nəzərdə tutmuşuq, hazırda həmin dəyişiklik və əlavələrin üzərində gərgin iş gedir. Nəşrin təkmilləşdirilməsi məsələlərinə nümunə kimi praktiki misallar üzərindən müxtəlif bəyannamələrin tərtibini (doldurulmasını), mal-materialların hərəkətinin uçotunu, müxtəlif sahələrdə vergi uçotunun əsas prinsplərinin müəyyən edilməsini, əmək haqqı hesablamalarında rast gəlinən halların tənzimlənməsini və digərlərini göstərə bilərik.
VII nəşrin hazırlanmasında rəhbər tutduğumuz digər mühüm məqam fevral ayında nəşri planlaşdırılan "Vergi Məcəlləsi. Xüsusi hissənin izahı" kitabına münasibətdə mövzu, nümunə və şərhlərdə təkrarçılığa yol verilməməsidir.
İnanırıq ki, "Vergi uçotu: A-dan Z-yə" kitabının təkmilləşdirilmiş VII nəşrini əldə etdikdə yenilikləri bəyənəcək və ürəkdən “Bu qədər gözləməyə dəyərmiş” deyəcəksiniz!
Səbriniz və anlayışınız üçün minnətdarlığımızı bildirir, devizimizə sadıqliyimizi bir daha bəyan edirik: Öyrətmək savab, öyrənmək qazancdır!

 

Satışda olan YENİ nəşrlərimiz:

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

2. Əmək Qanunvericiliyi Toplusu 2023

3. Əməyin uçotu: A-dan Z-yə (III nəşr)  2023

4. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

5. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

6. Mühasibat uçotu 2022

7. ƏMAS platforması A-dan - Z-yə 2022

1 Komment

  1. Fatimə 13 Mart 2023

    Salam, necə əldə edə bilərəm?

Şərh yazın

Xəbərlər