Turistlərin ƏDV ödənişi ilə bağlı MARAQLI SUAL
Sual: 1.Turizm şirkəti yerli turları alır və xarici vətəndaşlara satır. Xarici vətəndaşlar Azərbaycan göstəriləcək turizm xidmətlərinin dəyəri öz ölkələrindən ödəyirlər. Bu halda həmin xidmətlər üzrə gəlirlər ƏDV-yə cəlb olunurmu?
2. Xarici şirkət Azərbaycandakı restoranla müqavilə bağlayir və xaricdən ona pul ödəyir. Həmin pulun müqabilində həmin qeyri-rezidentin nümayəndələri yemək yeyir. Bu gəlir ƏDV-dən azaddırmı?
Elnur Məmmədov, [email protected], Bakı (17.03.2018)
Cavab: Bildiririk ki, sorğunuzda qeyd edilmiş hər ik halda Azərbaycan Respublikası ərazisində göstərilmiş xidmətlər ƏDV-nin vergitutma obyektini təşkil edir və göstərilmiş xidmətlərin dəyərindən ümumi qaydada 18 faiz dərəcə ilə ƏDV hesablanaraq dövlət büdcəsinə ödənilməlidir.
0 Komment
Şərh yazın