Vergilər Nazirliyindən Əvəzsiz istifadə və amortizasiya ilə bağlı açıqlama

Vergilər Nazirliyindən Əvəzsiz istifadə və amortizasiya ilə bağlı açıqlama

Sual: A müəssisəsi 2018-ci ilin əvvəlinə qalıq dəyəri 30.000 manat olan avtonəqliyyat vasitəsini 1 il müddətinə (01.01.2018 в– 31.12.2018) digər müəssisəyə pulsuz istifadəyə vermişdir. A müəssisəsi həmin avtonəqliyyat vasitəsinə görə 2018-ci ildə nə qədər amortizasiya hesablamalıdır? 
Asif Əmirov Firidun, [email protected] (12.03.2018) 
Cavab: İlk növbədə bildiririk ki, əmlakın əvəzsiz istifadə olunması əmlakın şirkət tərəfindən digər şəxsə icarəyə verilməsi anlamını verir. Bu halda əqd şirkət tərəfindən bazar qiymətləri ilə qiymətləndirilməli, o cümlədən amortizasiya ayırmaları nəzərə alınmaqla mənfəət vergisinə cəlb olunmalıdır.
Onu da bildiririk ki, əvəzsiz istifadəyə verilən əmlak onun mülkiyyətçisinin balansında qaldığını nəzərə alaraq amortizasiyanın hesablanması Vergi Məcəlləsinin 114.6-cı maddəsinə əsasən müəyyən olunan nəqliyyat vəsaitlərinin vergi ilinin sonuna qalıq dəyərinə 25 faizədək olan illik amortizasiya normasını tətbiq etməklə aparılır.
 
Bax: Vergi Məcəlləsinin 114-cü maddəsi, Mülki Məcəllənin 700-cü və 732-ci maddələri.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər