Gəlir vergisi və Dividendlə bağlı 2 sualın cavabı

Gəlir vergisi və Dividendlə bağlı 2 sualın cavabı

Sual: 1.
Maddə 99. Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir
99.3. Qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə, o cümlədən aşağıdakılar aiddir:
99.3.2. dividend 101.2. Qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən 14 faiz dərəcələrlə vergi tutulur qeyd olunur.
Həmçinin Maddə 122. Ödəmə mənbəyində dividenddən vergi tutulması
122.1. Rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.
122.2. Dividendin faktiki sahibi olan fiziki və hüquqi şəxslərdən bu Məcəllənin 122.1-ci maddəsinə uyğun olaraq vergi tutulmuşdursa, dividendi alan fiziki və hüquqi şəxslərin həmin gəlirindən bir daha vergi tutulmur.
Sual belədir: şirkət dividend ödəyir təsisçinin biri normal vətəndaş, digəri hüquqi şəxsdən ibarətdir. Dividend vergisini dərəcəsini şəxslərə görə necə müəyyən etməliyik? 
2. Fəsil VIII Fiziki şəxslərin gəlir vergisi bu fəsilə VÖEN olmayan şəxslərdən ibarərdir? Əgər hər ikisinə də aiddidrsə bu fəsildə VÖEN aid olan maddələri bizə yazardınız.
Vasa, [email protected], Bakı (15.03.2018)
1. Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 99.3-cü maddəsi fiziki şəxsin qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərini təsnifləşdirir, Vergi Məcəlləsinin 101.2-cü maddəsi isə həmin gəlirlərin həmin Məcəllənin digər maddələrində xüsusi olaraq qeyd olunmayan gəlirlərin vergi dərəcələrini əks etdirir.
 
Rezident müəssisədən dividend şəklində əldə olunan gəlirlərin hüquqi əsasları isə Vergi Məcəlləsinin 122-ci maddəsində göstərilmişdir. Həmin maddəyə əsasən gəliri əldə edən şəxsin fiziki və ya hüquqi şəxs olmasından asılı olmayaraq onlara ödənilən məbləğdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulmalıdır.
 
Bax: Vergi Məcəlləsinin 122-ci və 150.1.4-cü maddələr.
 
2. Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin VIII fəslində verilmiş maddələr istər vergi uçotunda olmayan, istərsə də vergi uçotunda olan şəxslərə şamil olunur. Konkret maddənin bu və ya digər hala şamil edilməsi isə həmin halın təsvirindən asılı olaraq müəyyən olunur.
 
Sizi maraqlandıran maddənin və ya onun bəndinin əhatə dairəsi barədə məlumatın alınması üçün sorğunuz konkretləşdirməklə Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə əldə edə bilərsiniz.
 
Bax: Vergi Məcəlləsinin VIII fəsli.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər