Sabit vergi ödəyici olmaq MƏCBURİ yoxsa KÖNÜLLÜdür?
Sual: Mən bir restoranda fərdi qaydada müqavilə ilə aşpaz işləmək istəyirəm. Fərdi VÖEN var. Bilmək istərdim ki, mən sabit vergi ödəyicisi kimi fəaliyyət göstərə bilərəmmi? Qanunda yazılır - fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşpaz, gözətçi və digər analoji işlər aiddir.
Nadir, [email protected], Bakı (15.03.2018)
Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyətlə məşğul olan şəxslərin sabit verginin ödəyicisi kimi fəaliyyət göstərməsi həmin şəxslərə verilən hüquq deyil, məcburi xarakter daşıyan vəzifədir.
Bu baxımdan da Siz fəaliyyətinizi həyata keçirməyə başlayanadək, könüllü olaraq növbəti ay, rüb, yarımil və ya il üçün “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” almalısınız.
Bax: Vergi Məcəlləsinin 16.1.7-1-ci və 218.4-cü maddəsi.
0 Komment
Şərh yazın