Turizm şirkətlərinin "Yaralı" məsələsi: Aviaşirkətlər elektron qaimə vermir

Turizm şirkətlərinin "Yaralı" məsələsi: Aviaşirkətlər elektron qaimə vermir

Sual: Yerli turizm şirkəti aviabiletlərin satışı əlaqədar, yeni Vergi Məcəlləsinə edilmiş əlavələr və dəyişikliklərə əsasən 01 yanvardan 2018 ci il tarixindən qaimə faktura təqdim etməlidir. Mənim sualım: 1. qaimə faktura bütün məbləgə verilməlidir yoxsa təkcə komissiyaya? 2. Aviaşirkətlər bizə qaimə faktura təqdim etmir, onda mənim xərclərim görünməcəyək, alınacaq ki, bütün mənim tərəfimindən təqdim olunmuş qaimə fakturalar mənim gəlirimdir.
İsayeva Sədaqət Ağarza, [email protected], Bakı (05.03.2018) 
Cavab: Sorğunuzdan agent (vasitəçi) kimi fəaliyyət göstərdiyiniz qənaətinə gələrək bildiririk ki, qanunvericiliyə əsasən elektron qaimə-faktura hüquqi şəxslərə və fərdi sahibkarlara malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxslər tərəfindən təqdim edilir. Odur ki, alıcılara elektron qaimə-faktura satıcı ilə müştəri arasında vasitəçilik fəaliyyəti göstərən agent tərəfindən deyil, satıcı tərəfindən təqdim edilir.
 
Eyni zamanda tur paketlərin satışının həyata keçirilməsi məqsədi ilə tur paketlərin agentlərə təhvil verilməsi üzrə turizm xidmətlərini həyata keçirən (vəkalət verən) şəxs tərəfindən agentə qaimə-faktura təqdim edilmir. Qeyd olunan əməliyyat müvafiq qaydada sənədləşdirilir və xidmətin göstərilməsi ilə bağlı tərəflər arasında müqavilə bağlanılır.
 
Tur paketlərin satışı üzrə xidmətlərin göstərilməsi agent tərəfindən turizm xidmətlərini həyata keçirən (vəkalət verən) şəxsə göstərildiyindən müvafiq olaraq onun tərəfindən vəkalət verənə göstərilmiş xidmətin dəyəri əks etdirilməklə elektron qaimə-faktura təqdim edilir.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər