Mənfəət vergisi bəyannaməsi ilə bağlı AKTUAL sualın Cavabı

Mənfəət vergisi bəyannaməsi ilə bağlı AKTUAL sualın Cavabı

Sual: Mənfəət vergisi bəyannaməsinin doldurulması qaydaları ilə əlaqədar bəzi məqamlara aydınlıq gətirilməsini sizdən xahiş edirəm. Belə ki, mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində hesabat dövrünün əvvəlinə və sonuna aktiv, kapital və öhdəliklər əlavənin müvafiq sətirlərində əks etdirilir. Eləcə də daxil olan və məxaric edilən əməliyyatlar üzrə məbləğlər müvafiq sətirlərdə əks olunur. Mənfəət vergisi bəyannaməsinə əlavənin doldurulma qaydalarında debitor və kreditor borcların necə əks etdirilməsi (ƏDV ilə və ya ƏDV-siz) qeyd edilməmişdir. 
Lakin mühasibat uçotunun aparılması qaydalarına uyğun olaraq bütün debitor və kreditor borclar, o cümlədən əlavənin 2.2.1.2-ci sətrində qeyd edilən alınmış avanslar ƏDV ilə aparıldığından müvafiq şəkildə mənfəət vergisi bəyannaməsinin əlavəsində də qalıqlar ƏDV ilə göstərilir. 
Əks halda ƏDV-siz qeyd edildikdə aktiv hissədə depozit hesabına daxil olan ƏDV məbləği də göstərilməməlidir ki, bu da Vergi Məcəlləsinin 58.8.1 maddəsinə əsasən pul vəsaitlərinin uçotdan gizlədilməsi hesab olunur və vergi ödəyicisi üçün maliyyə sanksiyasının hesablanması riskləri yaradır. 
Vergi orqanının vəzifəli şəxsləri tərəfindən kameral və səyyar vergi yoxlaması zamanı yuxarıda qeyd edilən hallar vergi ödəyicisinə nöqsan kimi qeyd edilərək alınmış avansların mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində ƏDV-siz göstərilməsi, eləcə də daxil olan avans məbləğinə görə depozit hesabına daxil olan ƏDV-nin əlavənin aktiv hissəsındə pul vəsaitlərində göstərilməməsi tövsiyə olunmuşdur. 
Yuxarıdakılara əsasən qeyd edilənlərə münasibət bildirilməsini və alınmış avansların, eləcə də avans üzrə depozit hesabına daxil olan ƏDV məbləğinin mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində necə əks etdirilməsi məsələsinə aydınlıq gətirməyinizi sizdən xahiş edirəm.
Elvira Jamilova, [email protected] (06.03.2018) 
Cavab: Bildiririk ki, vergi ödəyicisi tərəfindən alınmış avans məbləği Mənfəət vergisinin bəyannaməsinin 1 nömrəli Əlavəsinin 1.5-ci sətrinin (Pul vəsaitləri), eyni zamanda 2.2.1.2-ci sətrinin (Alınmış avanslar) “Daxil olunmuş” sütunlarında qeyd olunur. Alınmış avans məbləğə ƏDV hesablandığı halda isə həmin vergi məbləği qeyd edilən bəyannamənin 1 nömrəli Əlavəsinin 2.2.1.3-cü sətrinin (Dövlət büdcəsinə vergi öhdəlikləri) “Daxil olunmuş” sütununda qeyd olunur.
 
 
Bax: Azərbaycan Respublikası Vergilər Nazirinin 13.01.2017-ci il tarixli Əmri ilə  təsdiq  edilmiş “Mənfəət vergisi bəyannaməsinin doldurulması qaydası”.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər