Xaricdən kart vasitəsiylə mal alanlar vergi ödəməlidir?

Xaricdən kart vasitəsiylə mal alanlar vergi ödəməlidir?

Sual: Bilmək istəyirəm ki, mən şirkət olaraq İngiltərədən mal alan zaman 10% ödəmə mənbəyindən vergi tutmalıyammı?
Vasa, [email protected], Bakı (05.03.2018)
Cavab:  Bildiririk ki, Vergi Məcəlləsində xarici ölkədən alınan mallara görə ödəmə mənbəyində vergi tutulması nəzərdə tutulmamışdır.
Eyni zamanda nəzərinizə çatdırırıq ki, Paypal, Alipay kimi qeyri-rezidentə məxsus elektron pul kisəsində yaradılan hesaba pul köçürülərkən, əməliyyatı həyata keçirən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru həmin rezidentdən köçürülən məbləğin 10 faizi miqdarında ödəmə mənbəyində vergi tutur.
Bax: Vergi Məcəlləsinin 125.1-1-ci maddəsi.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər