Əsas vəsaitin AMORTİZASİYASI və TƏMİRİ ilə bağlı MİSALLA CAVAB

Əsas vəsaitin AMORTİZASİYASI və TƏMİRİ ilə bağlı MİSALLA CAVAB

Sual: İlin əvvəlinə binanın balans dəyəri 50000 manat qalıq dəyəri 30000 manat olub. İl ərzində binaya 600 manat amortizasiya hesablanmasına baxmayaraq onun təmirinə 900 manat xərc çəkilib. İlin sonuna onun qalıq dəyəri nə qədər olacaq?
Zahid Bağırov Gülhəsən, [email protected], Lənkəran şəhəri 
Cavab: Bildiririk ki, sorğunuzda qeyd etdiyiniz halda əsas vəsait olan binanın əvvəlki ilin sonuna qalıq dəyəri (həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) 30.000 manat olarsa, bu dəyərin üzrəinə cari ildə Vergi Məcəlləsinin 115-ci maddəsinə əsasən müəyyən edilən təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi (900-(30.000*2%)=300) əlavə edilir (30.000+300=30.300) və hesablanmış amortizasiya ayırması (2121 manat) çıxılaraq vergi ilinin sonuna olan qalıq dəyəri müəyyənləşdirilir.
Eyni zamanda nəzərinizə çatdırırıq ki, hər hansı kateqoriyaya aid olan əsas vəsaitlər üzrə vergi ili üçün müəyyən olunmuş amortizasiya normalarından aşağı norma tətbiq olunduqda, bunun nəticəsində yaranan fərq növbəti vergi illərində amortizasiyanın gəlirdən çıxılan məbləğinə əlavə oluna bilər (sorğunuzda qeyd etdiyiniz halda 30.300*7%=2121-600=1521 manat).
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər