Elektron qaimə-faktura verilən malın alış sənədi olmazsa...

Elektron qaimə-faktura verilən malın alış sənədi olmazsa...

Vergilər Nazirliyi maliyyə sanksiyasının tətbiqi məsələsinə aydınlıq gətirir
 
Sual: Fiziki şəxs kimi fəaliyyət göstərirəm. 4 % sadələşdirilmiş vergi ödəyicisiyəm. Satdığım mallar İran İslam Respublikasından karqo vaistəsi ilə gətirdirəm. Hec bir alış sənədi əldə edə bilmirəm. Özüm satış əməliyatlarını elektron qaimə-fakturasına üzrə verib, hesablaşma hesabına ödəməklə aparıram. Bilmək isləyirəm ki, İran İslam Respublikasından gələn malları üçün necə sənəd toplaya bilərəm və ya sənədlərin yığılmaması mənə gələcəkdə problem yarada bilərmi?
Mətanət Məmmədova Rəşid, [email protected], Bakı (21.02.2018) 
Cavab: Bildiririk ki, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, habelə vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə Vergi Məcəlləsinin 130.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmadıqda Vergi Məcəlləsinin 58.8-ci maddəsində nəzərdə tutulan maliyyə sanksiyası tətbiq olunur.
 
Göründüyü kimi, müvafiq təsdiqedici sənədlərin olmaması vergi ödəyicisinə münasibətdə maliyyə sanksiyalarının tətbiqinə əsas verir. Bunu nəzərə almağınızı və malların alışının təsdiq edən sənədlərin malların satıcısandan tələb edilməsini, idxal olunan malların bəyan edilməsini tövsiyə edirik.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər