Vergi ödəyicisi İCARƏ HAQQINI NƏĞD formada ödəyə bilər?

Vergi ödəyicisi İCARƏ HAQQINI NƏĞD formada ödəyə bilər?

Sual: Hüquqi şəxs vergi orqanında qeydiyyatda olan fiziki şəxsə icarə haqqına görə nağd ödəniş etmişdir. Bu cür ödəniş “Nağdsız hesablaşmalar haqqında” Qanuna uyğunmu? Uyğun deyilsə maliyyə sanksiyası hüquqi şəxsəmi yoxsa fiziki şəxsə tətbiq olunacaq?
Sakit Əliyev, [email protected], Bakı (21.02.2018) 
Cavab: Bildiririk ki, icarəyə verənlərə icarə haqqlarının ödənilməsi icarəyə verənin vergi orqanında uçotda olub-olmamasından asılı olmayaraq “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.3-cü maddəsində qeyd edilən hədlər daxilində nağd qaydada həyata keçirilə bilər.
Həmin Qanunun 3.3-cü maddəsinin tələblərinin pozulmasına görə ödənişi həyata keçirən vergi ödəyicisinə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
 
Bax: Vergi Məcəlləsinin 58.7-1-ci maddəsi, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanununun 3.3-cü maddəsi.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər