Gəlirdən çıxılmasına icazə verilən xərclərlə bağlı daha bir AKTUAL SUAL

Gəlirdən çıxılmasına icazə verilən xərclərlə bağlı daha bir AKTUAL SUAL

Sual: Bilmək istərdim bir sahibkar (sadələşdirilmiş vergi) digər sahibkardan (və ya vətandaşdan) obyekt icarəyə götürüb və hər ay icarə haqqını ödəyir, icarə haqqı üzrə kommunal xidmətləri ödəyir. Yəni qaz, su, işıq və bunları icarəyə götürən nağd qaydada 
“Million” terminal vasitəsi ilə hər ay ödəyir. İndi bilmək istərdim bu halda bu ödənişlər xərcə aid edilirmi? Nağd ödənir və elektron qaimə faktura yoxdur, çünki obyek icarə olduğu üçün kommunal xidməti üzrə elektron qaimə faktura icarə verənin elektron sisteminə göndərilir. Onun adına gəlir biz bu kommunal ödənişləri ödədikdən sonra xərcə aid edə bilərikmi?
Leyla, [email protected], Bakı (19.02.2018) 
 
Cavab: Bildiririk ki, icarəyə götürülmüş obyektlər üzrə kommunal xərclərin icarəçi tərəfindən ödənilməsi tərəflər arasında bağlanmış icarə müqaviləsində nəzərdə tutulduğu halda, icarəçinin gəlirdən çıxılan xərclərinə aid edilir.
Bax: Vergi Məcəlləsinin 16.1.3-cü və 108-ci maddələri, “İcarə haqqında” Azərbaycan Respublikasının 30 aprel 1992-ci il tarixli 114 nömrəli Qanunu.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər