Sadələşdirilmiş vergi sahəsində İNQİLAB...Amma Gürcüstanda

Sadələşdirilmiş vergi sahəsində İNQİLAB...Amma Gürcüstanda

Bu islahatlardan sonra vergini dərəcəsi inanılmaz olacaq və artıq mühasiblərə də ehtiyac duyulmayacaq
 
«Qruziya Online» nəşrin məlumat verir ki, qonşu ölkədəki vergi islahatı təşəbbüsünə əsasən, illik dövriyyələri və ya gəlirləri 500 min larini (200 min dollar) keçməyən şəxslər kiçik sahibkar sayılacaqlar. Qeyd edək ki, hazırda Gürcüstanda kiçik sahibkarlar o şəxslərə deyilir ki, illik gəlirlər 100 min larini (40 min dolları) keçməsin. Başqa sözlə, kiçik sahibkar olmaq həddi 5 dəfə artırılır.
Amma yeniliyin ən mühüm tərəfi vergi dərəcələrinə aiddir. Yeni təşəbbüs çərçivəsində sahibkarlara indiyədək görünməmiş güzəştli vergi dərəcəsi təklif ediləcək. Belə ki, kiçik sahibkarlar üçün vergi dərəcəsi beş dəfə azaldılaraq - 5 %-dən 1%-ə endirilir. Təklifləri jurnalistlərə açıqlayan Gürcüstanın maliyyə naziri Mamuka Baxtadze bildirib ki, yeni layihəyə əsasən, əvvəlcədən vergi ödəmə təcrübəsi ləğv olunur və kiçik sahibkarlar 1%-lik vergini yalnız hər ayın sonunda ödəyəcəklər.
Bundan başqa, yeniliklərdən sonra kiçik sahibkarlara mühasib də lazım olmayacaq. Nazir bildirib ki, bu yenilik nəticəsində iş adamları əlavə müsahibatlıq işlərindən də azad ediləcəklər. Onlar yalnız nəzarət-kassa aparatı və qaimə-fakturalardan istifadə etməli olacaqlar.
Gürcüstanda tətbiq edilən və böyük ehtimalla qəbul ediləcək bu yenilik 120 min nəfəri əhatə edəcək. Dəyişikliklərin iyulun 1-dən qüvvəyə minməsi gözlənilir. Nazir bildirib ki, hökumətin  bu dəyişiklikləri etməklə məqsədi ölkə iqtisadiyyatında kiçik və orta biznesin payını artırmaqdır: «İstəyirik elə iqtisadi artıma nail olaq ki, bu əhalinin bütün təbəqələrini əhatə etsin».
Yuxarıda qeyd edildiyi kimi, kiçik sahibkarlarla bağlı vergi sahəsində oxşar yenilik Azərbaycanda da təklif olunub. Belə ki, fevralın 13-də Bakıda keçirilən «Vergilər. Şəffaflıq. İnkişaf» adlı konfransda çıxış edən Milli Məclisin deputatı Vahid Əhmədov, sadələşdirilmiş vergi ödəyiciləri (bu əslində kiçik sahibkarlar sayılan təbəqədir) üçün dövriyyənin həddinin indiki 200 min manatlıq (117 min dollarlıq) həddinin aşağı olduğunu və onun qaldırılmasını təklif etmişdi.
Vergi dərəcəsinə gəlincə, maraqlıdır ki, hazırda bu məsələdə Azərbaycanda sadələşdirilmiş vergi ödəyiciləri üçün dərəcələr  Gürcüstandan daha aşağıdır. Belə ki, hazırda Gürcüstanda bu göstərici 5% olduğu halda, Bakıda bu dərəcə 4%, regionlarda isə 2%-dir. Amma Gürcüstandakı bu yenilikdən sonra bu ölkədə verg dərəcəsi daha aşağı olacaq.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər