Vergi sərəncamı zaman bank və vergi ödəyicisi münasibətləri
Vergilər Nazirliyi sərəncam prossesinin necə həyata keçirilməsinə aydınlıq gətirdi
Sual: Bank hesabına sərəncam gəldikdə, bank, şirkət müdirinə xəbərdarlıq etmədən, hesabdan, qoyulmuş sərəncama əsasən həmin məbləği silmək hüququna malikdirmi? Yoxsa şirkət müdirinin icazəsi olmadan bu proses heyata keçirilməlidir?
Abbasova Nazənin Nadir, [email protected] (13.02.2018)
Cavab: Bildiririk ki, bank hesabına sərəncamın qoyulması vergi öhdəliklərini qanunvericilikdə nəzərdə tutulmuş müddətlərdə ödəməkdən yayınan vergi ödəyicisinə qarşı vergi orqanı tərəfindən məcburi qaydada vergilərin ödənilməsinin təmin olunması üsullarından biri olduğundan hesabda pulun dondurulmasına və ya silinməsinə dair sərəncam göndərilmiş bank həmin sərəncamı vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə məlumat vermədən icra etmək hüququndadır.
Bax: Vergi Məcəlləsinin 65-ci maddəsi.
0 Komment
Şərh yazın