İqtisadçı ekspert Vergilər Nazirinin nitqini dəyərləndirdi

İqtisadçı ekspert Vergilər Nazirinin nitqini dəyərləndirdi

Qalib Toğrul: "Nazirin bu bircə cümləsi vergi orqanları ilə vergi ödəyiciləri arasındakı problemlərin mahiyyətini ortaya qoyur. Əslində, bu gələcəklə bağlı vəd olmaqdan çox, mövcud vəziyyətə, öz sələfinin işinə verilən qiymətdir, böyük bir etirafdır. Bugünədək vergi ödəyicilərinə nəinki vətəndaş, hətta deyərdim ki, əksər hallarda insan kimi yanaşılmayıb"
 
İqtisadçı ekspert Qalib Toğrul şəxsi statusunda Vergilər Nazirliyinin təşkilatçılığı ilə keçirilən konfransda Vergilər naziri Mikayıl Cabbarovun çıxışı ilə bağlı öz fikrini  bildirib: "Vergilər naziri Mikayıl Cabbarov bugünkü "Vergilər. Şəffaflıq. İnkişaf" adlı konfransda çox mühüm və incə mətləblərə toxundu. Bu baxımdan nazirin məzkur nitqi tarixi bir çıxış kimi qiymətləndirilə bilər.  Fikrimcə, nazirin çıxışının ən inqilabi yeri vergi orqanlarının əməkdaşları ilə bağlı oldu. Nazirin dediklərini sözbəsöz yazıram: “Biz vergi işçilərinin yeni nəslini öyrədib tərbiyə edəcəyik ki, onlar vergi ödəyicisinə baxanda vətəndaş və partnyor görsünlər, hansının ki, vəzifələri ilə yanaşı hüquqları da vardır, hansı ki, qəbul etdiyi qərarlara görə məsuliyyət daşımalıdır”.
Nazirin bu bircə cümləsi vergi orqanları ilə vergi ödəyiciləri arasındakı problemlərin mahiyyətini ortaya qoyur. Əslində, bu gələcəklə bağlı vəd olmaqdan çox, mövcud vəziyyətə, öz sələfinin işinə verilən qiymətdir, böyük bir etirafdır. Bugünədək vergi ödəyicilərinə nəinki vətəndaş, hətta deyərdim ki, əksər hallarda insan kimi yanaşılmayıb. 
Əgər yeni nazir Mikayıl Cabbarov bu iki tərəf arasında vəd verdiyi kimi sağlam münasibəti qura bilsə, bu, vergi sistemində böyük islahatlara yol açacaq, əksər problemlər avtomatik həll olunacaq."
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər