Vergilər Nazirliyindən daha bir FƏRLİ CAVAB...
Hansı tip əməliyyatlarda hüquqi şəxslərə və fərdi sahibkarlara elektron qaimə-faktura təqdim edilmir?
Sual: Salam. Turizm agentliklərində elektron qaimə-faktura kimə verilir? Daha doğrusu, agentlə subagent arasında müqavilə varsa agent subagentə və subagent də öz subagentinə (müqavilələri olsa) elektron qaimə-faktura verməlidir?
Ziyarət Abasova Misir, [email protected] (07.02.2018)
Cavab: Bildiririk ki, qanunvericiliyə əsasən elektron qaimə-faktura hüquqi şəxslərə və fərdi sahibkarlara malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxslər tərəfindən təqdim edilir. Tur paketlərin satışının həyata keçirilməsi məqsədi ilə tur paketlərin agentlərə və agentlər tərəfindən də həmin tur paketlərin digər agentlərə təhvil verilməsi üzrə turizm xidmətlərini həyata keçirən (vəkalət verən) şəxs tərəfindən agentə və agent tərəfindən digər agentlərə elektron qaimə-faktura təqdim edilmir. Sorğuda qeyd olunan əməliyyat müvafiq qaydada sənədləşdirilir və xidmətin göstərilməsi ilə bağlı tərəflər arasında müqavilə bağlanılır.
Tur paketlərin satışı üzrə xidmətlərin göstərilməsi subagent tərəfindən agentə, agent tərəfindən isə turizm xidmətlərini həyata keçirən (vəkalət verən) şəxsə göstərilir.
Müvafiq olaraq agentlər tərəfindən vəkalət verənə, subagentlər isə agentə göstərilən xidmətlərə görə elektron qaimə-faktura təqdim edilir.
Bax: Vergi Məcəlləsinin 71-1-ci maddəsi.
0 Komment
Şərh yazın