Vergilər Nazirliyindən Elektron qaimə-faktura ilə FƏRQLİ CAVAB
Hansı tip satış müəssisələrinə elektron-qaimə fakturasız satışa icazə vermirlər?
Sual: Mən ağac materiallarının topdan satışı ilə məşğulam. Sadələşdirilmiş vergi ödəyicisiyəm. Alıcılarımın əksəriyyətinin VÖEN-i yoxdur. Taxtanın satışını mən necə sənədləşdirməliyəm? Mən VÖEN-i olmayan alıcılara satışı nəzarət kassa aparatı ilə rəsmiləşdirirəm və kassa çeki verirəm. Heç bir qaimə-faktura və ya elektron qaimə-faktura vermirəm (VÖEN-ləri olmadığı üçün). Bu sənədləşmə düzgündürmü?
Elçin M., [email protected], Bakı (07.02.2018)
Cavab: Bildiririk ki, vergi ödəyicisi olmayan şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti məqsədləri üçün alınmayan (və ya sahibkarlıq məqsədləri üçün alınması təsdiqlənməyən) malların satışı pərakəndə satış fəaliyyəti çərçivəsində nəzarət-kassa aparatı tətbiq edilməklə həyata keçirilməlidir.
Vergi Məcəlləsinin müvafiq maddələrinə əsasən topdansatış ticarət obyektindən malların vergi ödəyicisi olmayan şəxslərə təqdim edilməsi, habelə təqdim edilmiş mallara görə nəzarət kassa-aparatı çekinin təqdim edilməsi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır.
Belə ki, malların topdansatışının alıcının sahibkarlıq fəaliyyət məqsədləri üçün həyata keçirildiyinə və sahibkarlıq fəaliyyəti həyata keçirəcək şəxs həmin fəaliyyətin həyata keçirilməsinə başladığı ana qədər vergi orqanlarında qeydiyyata alınmalı olduğuna görə vergi ödəyicilərinə münasibətdə həyata keçirilməli və malların satışı elektron-qaimə faktura və ya elektron vergi hesab-faktura ilə rəsmiləşdirilməlidir.Topdansatış ticarət obyektlərindən mallar yalnız sahibkarlıq fəaliyyəti subyektlərinə və yuxarıda sadalanan elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura ilə rəsmiləşdirilməklə təqdim edilməlidir.
0 Komment
Şərh yazın