Vergi yoxlamaları 01 yanvar 2021-ci ilə qədər dayandırılıb?
Vergilər Nazirliyi də bu suala da aydınlıq gətirib
Sual: “Qafqazinfo” internet qəzetinin 29.01.2018-ci il tarixli sayında "Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamalar 1 yanvar 2021-ci il tarixinədək dayandırılıb, amma bu, illik dövriyyəsi 120 min manatdan çox olan şirkətlərə şamil olunmur. Həmçinin moratorium illik dövriyyəsi 120 min manatdan az olan bir sıra şirkətlərdə aparılan vergi yoxlamalarına aid deyil" deyə məlumat qeyd olunub. Bu barədə informasiyanın nə dərəcədə həqiqətə uyğun olmasını bilmək istəyirəm.
İbrahim, [email protected], Qazax (07.02.2018)
Cavab: Bildiririk ki, hazırki tarixə (31.01.2018) bu barədə rəsmi məlumat mövcud deyildir. Rəsmi xəbər olacağı təqdirdə Vergilər Nazirliyinin rəsmi internet saytında (www.taxes.gov.az) bu haqda məlumat yerləşdiriləcəkdir.
0 Komment
Şərh yazın