Vergilər Nazirliyindən vergi ödəyicilərinin də həsrətlə gözlədiyi GÖRÜŞ haqqında Açıqlama
Həmin konfransda vergi orqanlarının sahibkarlarla quracağı iş prinsipləri bilinəcək
Gələn həftə Vergilər Nazirliyi yeni vergi siyasəti və vergi inzibatçılığında aparılacaq dəyişikliklərə həsr edilmiş konfrans keçirməyi planlaşdırır. Bu barədə Banker.az-a nazirliyin Media və Kommunikasiya Mərkəzindən məlumat verilib.
Tədbirə dövlət qurumları, iri və orta şirkətlərin nümayəndələri, sahibkarların ictimai birlikləri, millət vəkilləri, ekspertlər, ictimai təşkilatların nümayəndələri dəvət ediliblər.
Konfransda vergi siyasətinin gələcək istiqamətləri, vergi inzibatçılığında dəyişikliklər, vergi orqanlarının sahibkarlarla quracağı iş prinsipləri və s. bağlı müzakirələr aparılacaq, vergi sisteminin səmərəliliyinin artırılması istiqamətində millət vəkillərinin və ekspert cəmiyyətinin təklifləri dinləniləcək.
0 Komment
Şərh yazın