İcarə haqqından vergi öhdəliyi ilə bağlı 2 SUAL
101.2 maddəsinə görə vergi ödəyir, yoxsa vergi tutulan dövriyyədən asılı olmayaraq 14%?
Sual: Bilmək istəyirəm ki, fiziki şəxs qeyri-sahibkarlıq fəaliyyəti ilə əlaqədar cari vergi ödəməsi etməlidirmi?
Bir də icarəçi vergi ödəyicisi deyilsə, icarəyə verən özü vergi uçotuna durduqda 101.2 maddəsinə görə vergi ödəyir, yoxsa vergi tutulan dövriyyədən asılı olmayaraq 14%?
Cavab: 1. Bildiririk ki, cari vergi ödəmələrinin edilməsi yalnız fərdi sahibkarlar üçün məcburi xarakter daşıyır. Qeyri-sahibkarlıqla məşğul olan fiziki şəxslərin belə öhdəliyi yoxdur, lakin həmin şəxslərin öz istəkləri ilə müəyyən dövrülüklə ödənişlərin etməsi də Vergi Məcəlləsi ilə məhdudlaşdırılmır.
Bax: Vergi Məcəlləsinin 151-ci maddəsi.
Cavab: 2. Bildiririk ki, əmlakın icarəyə verilməsindən gəlir əldə edən fiziki şəxs əldə olunmuş icarı haqqından hər hansı xərc çıxılmadan 14 faiz dərəcə ilə vergi ödəməlidir.
Bax: Vergi Məcəlləsinin 124-cü maddəsi.
Mənbə: Vergilər Nazirliyi
Əmək Qanunvericiliyi Toplusu 2018 kitabı satışda
www. Mks. az saytı yenidən nəşrləri ilə həmkarlarımızın görüşünə gəlir: "Əmək Qanunvericiliyi Toplusu -2018" kitabı satışda. Kitabda 01 yanvar 2018-ci il tarixinə olan dəyişikliklərlə Əmək Məcəlləsi, Nazirlər kabinetinin qərarları və sahəvi qurumların normativ hüquqi aktları yerləşdirilib. Əlavə olaraq Əmək Məcəlləsinə son dəyişikliklər şərh olunub. Üstəlik Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyinin ekspertlərinin əmək qanunvericiliyindəki bəzi mübahisəli məqamlarla bağlı rəsmi mövqeyi verilib. Nəhayət, www.mks.az saytının ekspertlərinin bəzi aktual məsələrlə bağlı şərhləri yerləşdirilib. Kitabı əldə etmək üçün bizim əlaqə vasitələrimizlə (012 564 86 85, 050 368 12 72) sifariş verə bilərsiniz.
Çatdırılma pulsuzdur. Kitab iki iş günü ərzində çatdırılır. Kitabın satış qiyməti 12 (on iki) manatdır.
0 Komment
Şərh yazın